Monitorinq üzrə mütəxəssis

İşin təsviri

Optimal Elektronika şirkəti 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, TOSHIBA, Simfer, Carrier, SINGER, EKSEN brendlərinin rəsmi distribyutorudur. Bizim şirkətimiz Mobitel , Inteqral şirkətləri ilə əməkdaşlıq edir və Nokia, Samsung mobil telefonlarının satışı ilə məşğuldur. Bizim mağazalardan Toshiba, Acer, Asus, HP Noutbooklarını əldə edə bilərsiniz, həmçinin ofis və ev üçün personal kompyuterlərin satışı ilə bağlı yığılması da həyata keçirilir.

Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Məqsədimiz pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilmısində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır.

Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibdə kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika MMC şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.

Vəzifə: Monitorinq üzrə mütəxəssis

Departament / şöbə: Monitorinq şöbəsi

Əsas vəzifə və öhdəliklər

 Monitorinq sahəsində 2 ildən az olmamaq şərti ilə iş təcrübəsi (bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
 Analitik düşünmə və riyazı təhlil etmə bacarığı;
 Dəqiqlik və qərar vermə bacarığı;
 Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
 Xarici görünüşünə diqqət etməli və baxımlı olmalıdır;

Namizədə dair tələblər

 Yaş həddi 25-30;
 Ali təhsilli olması;
 Rahat və səlis nitq qabiliyyəti, punktual, ciddi, məsuliyyətli olması;
 Kompüter bilikləri;
 1C proqramını istifadəçi səviyyəsində bilməli;
 MS Office proqramında işləmək bacarığı;
 Azərbaycan və Rus dilini mükəmməl bilmək;
 Ezamiyyəyə hazır olmalı

İş şərtləri

 İş vaxtı: 6 iş günü
 İş yeri: Bakı şəhəri
 Əmək haqqı: təcrübədən asılı olaraq

Müraciət üçün son tarix: 15/06/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında “Monitorinq üzrə mütəxəssis” sözünü qeyd etməyi unutmayın, əks halda CV-lərə baxılmayacaq.

İşəgötürənin reytinqi