Mühəndis (təmir üzrə)

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 14.05.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühəndis (təmir üzrə)

1. FUNKSİYALAR

1.1  Geoloji tapşırığa görə bünövrənin en kəsiyinin və qoyulma dərinliyinin təyin etmək,
1.2  Texnoloji tapşırığa əsasən bina və qurğunun hesabi sxemini seçmək,
1.3  Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablamaq,
1.4  Hesabatın nəticəsi əsasında iqtisadi cəhətdən sərfəli olan  bünövrənin, sütunların, dirəklərin, tirlərin, tavanın, örtük konstruksiyalarının en kəsiyini və materialını seçmək,
1.5  Dəmir - beton, metal, ağac və plastik konstruksiya layihə cizgilərinin çəkilməsini təşkil etmək,
1.6  Qəza vəziyyətində olan bina və qurğuların konstruksiya layihələrini yerinə yetirmək,
1.7  Təmir - tikinti işləri üçün layihə sənədlərini hazırlamaq,
1.8  Tikinti işlərinə müəllif nəzarətini həyata keçirmək,
1.9  Konstruktiv işçi layihəni sifarişə əsasən və AR-da qüvvədə olan İnşaat Norma və Qaydalarına riayət etməklə aparmaq,
1.10 Gigiyenik sanitar normalar, yanğın normaları, təxliyə planını nəzərə almaq,
1.11 Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak etmək (FHN tərkibində olan Tikintidə Təhlükəsizlik Agentliyinin Ekspertiza İdarəsi).

2. VƏZİFƏ BORCLARI

Yuxarıda qeyd olunan funksiyaların icrasından irəli gələn Layihə mühəndisi Layihə mühəndisinin vəzifə borcları aşağıdakı kimi müəyyən edilir:
2.1   Elmi-texniki tərəqqini, yerli və xarici təcrübənin layihələndirmə, tikinti-istismar və avtomatlaşdırılmış vasitələrini əsas tutaraq  layihələrin işlənib hazırlanması;
2.2   Layihə mtapşırıqların hazırlanmasında iştirak edir;
2.3  Layihələndirilmə üçün ilkin məlumatların toplanmasını, tikintinin layihələndirilmə  dövrü ərzində texniki məsələlərin həllini həyata keçirir;
2.4   Layihələrin və texniki sənədlərin işlənməsini və qüvvədə olan normalara uyğunluğunu təmin edir;
2.5  Layihələr üzrə tikilən obyektlərə müəllif nəzarətinin həyata keçirir;
2.6  Səlahiyyətləri çərçivəsində məsləhət verir;

E-mail: [email protected]