Biznesin inkişafı departamentinə işçilər

İşin təsviri

“Meqa Sığorta” ASC Biznesin inkişafı departamentində yeni iş yerləri üçün vakansiya elan edib.

Əsas vəzifə öhdəlikləri:

- Potensial müştərilər bazarının təhlili
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi
- Satış planının həyata keçirilməsi
- Sığorta məhsullarının təqdimatının / nümayişinin / təbliğinin aparılması
- Danışıq aparmaq və müştərilərlə işləmək qabiliyyəti
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək

Namizədə qarşı tələblər:

- Təhsil: Ali
- İş təcrübəsi: Satış sahəsində ən azı 2 il iş təcrübəsi
- Ünsiyyətcil olmalı
- Təqdim etmə və inandırma bacarıqları olmalı
- Fikirlərini şifahi və yazılı şəkildə səlis ifadə etmə və çatdırma bacarığı olmalı
- Öyrənmək və özünü inkişaf etdirmək qabiliyyəti olmalı
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı);
- Kompyuter bilikləri: Ofis proqramları (Word və Excel)
- Yaş: 25 - 38

Müraciət etmək istəyən namizədlər CV formalarını [email protected] elektron poçtuna göndərə bilərlər.

İşəgötürənin reytinqi