Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya texnologiyaları üzrə əməliyyatlar qrupunun rəhbəri vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİLİR
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
• Layihələrin idarə olunması, İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil;
• İnformasiya texnologiyaları üzrə əməliyyatlar, xidmət və ya buna oxşar sahələr üzrə ən azı 5 illik iş təcrübəsi;
• Layihələrin və informasiya texnologiyaları üzrə əməliyyatlarının idarəolunması, habelə biznes proseslər, informasiya sistemləri və şəbəkə infrastrukturuna dair biliklər;
• ITIL, COBIT, o cümlədən informasiya texnologiyaları və layihələrin idarəolunması sahələrə üzrə digər professional sertifikatlara malik olan namizədlərə üstünlük veriləcək;
• Azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) 29 aprel 2016-cı il saat 18:00-dək aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]
Maraqların ifadəsi üzrə bildiriş B.2/3.5-MX.