Maliyyyə meneceri

  • Nurgun Holding
  • Elanın qoyulma tarixi: 16.04.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyyə meneceri

Əmək haqqı təcrübədən asılı olaraq dəyişə bilər!

İş barədə:

• Təsərrüfatdaxili ehtiyatların maksimum səfərbərliyi, əsas və dövriyyə fondlarından daha səmərəli istifadə nəzərə alınmaqla şirkətin maliyyə planlarının layihələrinin hazırlanması;
• Mal realizəsinin pul istifadəsi planının hazırlanmasında iştirak. Mənfəətin illik, rüblük planlarının və rentabellik göstəricilərinin müəyyən edilməsi;
• Dövriyyə vəsaitlərinin elementlər üzrə ehtiyaclarının müəyyən edilməsində iştirak və dövriyyə vəsaitlərinin normativlərinin hesablanması;
• Rüblük maliyyə göstəricilərinin aylar üzrə bölüşdürülməsi;
• Növbəti ay və ay daxili dövrlər üçün səyyar maliyyə planlarının hazırlanması;
• Normativdən artıq ehtiyatların toplanmasının qarşısını almaq məqsədi ilə mal-material dəyərlərinin gətirilməsinə nəzarət edilməsi;
• Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək

Tələblər:

• Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunu və digər normativ sənədlərləri;
• Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
• Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq);
• Maliyyə sahəsi üzrə analitik biliklər;
• İş təcrübəsi;
• Yaş həddi – 27 və yuxarı.

CV göndərərkən mövzu qismində müraciət edilən vakansiya qeyd olunmalıdır!

E-mail: [email protected]

İşəgötürənin reytinqi