PL/SQL üzrə Proqramçı

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 16.04.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində PL/SQL üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tələblər və Öhdəliklər

• Texniki sahədə tam ali təhsil;
• Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
• Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
• SQL üzrə biliklər və PL/SQL - də proqramlaşdırma bacarığı;
1. left/right outer join - lərlə işləmə bacarığı;
2. Kompleks tiplər üzrə biliklər;
3. Oracle - standart paketləri ilə işləmə bacarığı;
4. XML ilə işləmə bacarığı;
• Optimal və yüksək səviyyədə dokumentasiya olunmuş kod yazmaq;
• Yazılmış kodları təhlil etmək və lazımi dəyişiklikləri həyata keçirmək;
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Dil bilikləri:
1. Texniki təlimatları qavraya biləcək səviyyədə İngilis dili biliyi;
2. Yaxşı səviyyədə Rus dili biliyi.

Mövzu hissəsində “PL/SQL üzrə Proqramçı” qeyd etmələ CV-nizi [email protected]  mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi