Merçendayzer

  • Delta Group
  • Elanın qoyulma tarixi: 12.04.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Merçendayzer

Təcrübə müddəti: Bənzər vəzifələrdə 1 il,

Təhsil: Orta, Orta-texniki, Ali

Cinsi: Qadın

Bilik və qabiliyyətlər: 

1. Məhsulların satış nöqtələrində sərgilənmə texnikaları;
2. Effektiv ünsiyyət və danışıqlar aparma qabiliyyətləri olmalıdır;
3. Dəyişkən iş mühitinə adaptasiya qabiliyyətləri;
4. Kommersiya yönümlü düşünmə qabiliyyətləri;
5. Komputerdən istifadə bilikləri;
6. Özünə əminlik və kreativlik"

VƏZİFƏ FUNKSİYALARI 

1. Məhsulları təhkim olunmuş mağazalarda şirkətin merçendayzinq standartlarına uyğun rəflərdə yerləşdirilməsini təmin etmək;
2. Təyin edilmiş rut üzrə mağaza ziyarətlərini həyata keçirmək;
3. Satış nöqtəsinin anbarında məhsullar barəsində hesabatlar hazırlayaraq supervayzerə
təqdim etmək;
4. Endirimdə olan və ya hədiyyəli məhsullar barədə müştəriləri məlumatlandırmaq, rəflərdə bu barədə etiketlənmələri həyata keçirmək;
5. Ehtiyyac olduqda Şirkət məhsullarının müxtəliş çəkilərdə mağazada paketlənməsini təmin etmək;
6. Şirkətin fəaliyyətinə mane olan halları aşkarlamaq və superviyzerə bu barədə məlumat vermək;
7. Sərgilənmiş vitrinlər barədə şirkət əməkdaşları üçün fotohesabat hazırlama;
8. Satış nöqtələrində şirkət məhsullarının satışının stimullaşdırılmasına dəstək olmaq;
9. Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
10. Daxili nizam-intizam qaydalarına əməl etmək.

Əmək haqqı 250 AZN - 500 AZN

İş qrafiki həftə içi 6 gün

Yaş həddi 22 - 30

İş yeri: Bakı Gəncə Göyçay Bərdə Lənkaran Şirvan şəhərləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində müaricət edilən vakansiyanın adı qeyd olunmalıdır. 

İşəgötürənin reytinqi