Aparıcı mühasib

İşin təsviri

Şirkət: Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri MMC

Vəzifə: Aparıcı mühasib

Vəzifə öhdəlikləri:

• Hesab-fakturaları, qaimə-fakturaları, ödəniş tapşırıqlarını və digər xərc sənədlərini hazırlamaq və icra etmək, həmçinin onların uçotunu aparmaq;
• Əmək haqqı, müavinətlər, vergilər, sosial sığorta və s. üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
• Vergi, sosial sığorta və s. ödənişlərini həyata keçirmək, onlara nəzarət etmək;
• Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, DSMF, statistika, məşğulluğ və s.) hazırlamaq və müvafiq orqanlara təqdim etmək;
• Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək;
• Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
• Müəssisənin xərclərinin və gəlirlərinin kassa kitabında uçotunu təşkil etmək;
• Əmək haqqı, məzuniyət, tabel cədvəli və digər. mühasibat cədvəllərini tərtib etmək;
• Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərini hazırlamaq (kassa mədaxil və məxaric orderlələri, memorial orderləri)
• Xəzinə kitabının işlənməsi;
• Vergi ödəyicisinin elektron vergi portalına daim nəzarət etmək, gələn məktublar barədə dərhal məlumat vermək.
• Mühasib vəzifəsindən irəli gələn digər zəruri olan hərəkətləri icra etmək

Namizədə dair tələblər:

• Təhsil:  Ali
• İş təcrübəsi: 3-5 il
• Yaş həddi: 25-40 yaş
• İş qrafiki: Bazar ertəsi-Cümə, natamam iş qrafiki
• Dil bilikləri: Rus dili - əla, İnglis dili – orta
• MS Office – təcrübəli istifadəçi
• Əmək haqqı – 300-500 azn

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] ünvanına  mövzu yerində “Aparıcı mühasib” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyu üçün dəvət olunacaqlar.