Baş Mühasib

  • Elanın qoyulma tarixi: 09.04.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş Mühasib

Əmək haqqı 1200-1700 AZN

İDARƏÇİLİK VƏZİFƏLƏRİ:

∙ Həvalə edilmiş şöbənin idarəedilməsinin planlaşdırması;
∙ Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi;

CARİ VƏZİFƏLƏR:

∙ Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
∙ Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
∙ Mühasibat uçotunun aparılma qaydalarına riayət olunmasına nəzarətini həyata keçirir;

∙ Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
∙ Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot-hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;

HESABAT VERMƏ

∙ Qanunvericiliyə uyğun dövlət orqanlarının və İİS-in tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanması və təqdim edilməsi;

Tələblər:

∙ İqtisadi təhsil (Maliyyə, Mühasibat Uçotu və oxşar fakultə);
∙ MS Office-yüksək səviyyədə
∙ Mühasibat və maliyyə sahəsində ən az 5 il təcrübə;
∙ Yuxarı maliyyə və nəzarət-təftiş orqanlarının mühasibat uçotunun təşkil edilməsi, hesabatların tərtibatı, sualları haqqında sərəncam, əmr, qərar, digər idarəedici, metodik və normativ materiallarını, həmçinin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini bilməli;
∙ Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;
∙ Müəssisənin strukturunu, strategiyasını və inkişaf etmə perspektivlərini bilməli ;
∙ Mühasibat uçotunun müəssisədə təşkili haqqında əsasnaməni, təlimatları və onun aparılma qaydalarını bilməli;
∙ Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
∙ Maliyyə hesablaşmalarının forma və qaydalarını bilməli;
∙ Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını;
∙ Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını;
∙ Kreditor və debitorlarla hesablaşma qaydalarını;
∙ Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını ;
∙ Pul vəsaitlərin və əmtəə-material dəyərlilərin inventarizasiyanın keçirilmə qaydalarını;
∙ Mühasibat balansı və hesabatlarının tərtib olunma qayda və müddətlərini bilməli;
∙ Müasir hesablama texnikaların və onları mühasibatl uçotu işində istifadə etmə mümkünlüyünü;
∙ Xarici dilləri bilənlərə üstünlük verilir ;
∙ Mühasibat proqramlarında işləmək bacarığı olanlara üstünlük verilir;
∙ Analitik düşünmə qabiliyyəti;
∙ Səmərəlilik və təşəbbüskarlık qabiliyyəti;

İş barədə məlumat:

İş qrafiki: 09:00 - 18:00
5 günlük iş qrafiki

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz