Təftiş şöbəsinin mütəxəssisi

İşin təsviri

Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Məqsədimiz pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilmısində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır.

Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibdə kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika MMC şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.

Vəzifə: Təftiş şöbəsinin mütəxəssisi

Departament / şöbə: Təftiş şöbəsi

Əsas vəzifə və öhdəliklər

 Mağazalarda və anbarda yoxlamaların mal (məişət texnikası və elektrik avadanlıqları) sayımının və inventarlaşmanın aparılmasını təmin etmək
 1 C sistemində mal yerdəyişməsinə nəzarətin təşkili
 Şirkətin Servis və Anbar bölməsində görülən işlərə nəzarət edilməsi
 Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması və həlli istiqamətində addımların atılması
 İş bölgüsü əsasında şöbə tərəfindən verilmiş digər tapşırıqların icrası
 Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.

Namizədə dair tələblər

 Ali təhsil (maliyyə, iqtisadiyyat)
 Sahə üzrə 2-3 il iş təcrübəsi
 Cinsi – kişi
 Yaş həddi 24-32
 MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
 1C 8.2 proqramı ilə işləmə bacarığı
 Əla yazılı və şifahi nitqə malik olmaq
 Yazılı hesabat tərtib etmək təcrübəsi
 Yüksək təhlil qabiliyyəti
 Komandada və təzyiq altında işləmə bacarığı
 Pərakəndə satış şirkətində iş təcrübəsi olanlara üstünlük verilir
 İşlə bağlı ölkə daxilində mütəmadi ezamiyyəyə getməyə hazır olmaq

İş şərtləri

 Iş vaxtı: 6 iş günü, 09.00-18.00
 İş yeri: Baş Ofis
 Əmək haqqı: təcrübədən asılı olaraq

Müraciət üçün son tarix: 30/04/2016

Yuxarıdakı tələblərə uyğun kişi namizədlər öz CV-lərini [email protected][email protected] ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında Təftiş şöbəsinin mütəxəssisi sözünü qeyd etməyi unutmayın, əks halda CV-lərə baxılmayacaq.

İşəgötürənin reytinqi