B2B Menecer

  • VMF
  • Elanın qoyulma tarixi: 12.03.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya; B2B Menecer

Tələblər;

B2B menecer vəzifəsinə ali iqtisadi və ya marketinq sahəsində təhsilli, habelə kommersiya təşkilatlarının marketinq və biznesin inkişafı sahəsində 2 (iki) ildən az olmayaraq mütəxəssis vəzifəsində təcrübi iş stajına malik olan şəxs olmalı, xarici dillk bilikləri (rus, ingilis) əla səviyyədə olmalı, ofis proqramlarını mükəmməl bilməli.

Vəzifə öhdəlikləri;

Bütün kommersiya proseslərini, Şirkətin ümumi potensialını araşdırılması və  qiymətləndirilməsi;
Şirkətin mövcud proseslərinin neqativ və pozitiv tendensiyalarını təyin edilməsi, neqativ proseslərin neytrallaşdırılmasına və pozitiv proseslərin stimullaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirilməsi;
Şirkət inkişafının konsepsiyasını müəyyən edilməsi;
Şirkətin inkişafının effektiv strateqiyasının hazırlanması və daim genişləndirilməsi;
Şirkətin məhsullarının topdan və korporativ satışının irəlləməsi üçün digər zəruri öhdəliklərinin həyata keçirilməsi;
Şirkətin ticarət markalarının və brendlərinin formalaşdırılmasına dair mütamadi olaraq təkliflərin verilməsi;
Şirkətin brendləri ilə bağlı İstehlak tələbatın və bazar araşdırmaların proqnozlaşdırılması;
Yeni bazarların və istehlakçıların müəyyən edilməsi, məhsulların satışı üçün uzunmüddətli və cari planların hazırlanmasında iştirak edilməsi;
Malların potensial alıcılarının (vasitəçilərinin, ticarət təşkilatlarının, biznes qurumların, fiziki şəxslərin  və s.) müəyyən edilməsi və gələcək satış üçün işgüzar əlaqələrin yaradılması;
Kommersiya və iqtisadi məlumatların toplanması və təhlili;
Şirkətdə satış üçün nəzərdə tutulan məhsullar barədə istehlakçıların rəyinin öyrənilməsi, rəqabət və keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması  və s.

İş qrafiki ; 1-5-ci günlər 09.30-18.30, 6-cı günlər 09.30-17.30

CV-nin başlıq yerində B2B menecer yazılması mütləqdir. Əks halda baxılmayacaqdır.

e-mail: [email protected]

Vakansiyanın müddəti 14.03-14.04.16

İşəgötürənin reytinqi