Administrator

İşin təsviri

Administrator

Yaxın günlərdə Bakıda Nizami küçəsi 50-də (Torqovıy, Fəvvarələr meydanı yaxınlığında) analoqu olmayan La Liga VİP playstation əyləncə mərkəzi açılır. Öz üstünlüyü və rahatlığı ilə La Liga VİP playstation əyləncə mərkəzi çox yaxın zamanda xidmətinizdə hazır olacaq. Mərkəzimizdə xanımlar və bəylər əyləncəli vaxt keçirə bilərlər. La Liga VİP playstation əyləncə mərkəzi fəaliyyətə başlamazdan öncə çox saylı işçi vakansiyaları elan edir.

Təcili Administrator vəzifəsinə azərbaycanlı və yaxud türk işçi tələb olunur!

İş yeri: La Liga VİP playstation əyləncə mərkəzi

Əmək haqqı: 400-500 AZN (müştərini yüksək formada razı salmaqla gəlir potensialı artdıqda əlavə faiz və bonuslar da tətbiq olunacaq).

Cinsi: Kişi

Əyləncə mərkəzi müştəri potensialı baxımından çox yaxşı yerdə yerləşir. Götürəciyimiz işçinin etibarlı və işgüzar olması bizim üçün ən mühüm amildir.

Xahiş edirik CV göndərdikdə əlavə olaraq sadalanan tələblərə nə qədər uyğun olub-olmadığınızı e-mailə yazmağı unutmayın ki, biz də düzgün seçimimizi edə bilək.

Tələb olunan keyfiyyətlər:

1. Orta və ya ali təhsil;
2. Yaxşı ünsiyyət, əlaqə qurmaq bacarığı;
3. 20-35 yaş

İşçinin öhdəlikləri:

• Müştərilərin qəbulu və yola salınması
• Müştəri məmnuniyyəti və gülərüzlü 
• Əyləncə mərkəzindən və bütün işçilərdən məsul olma
• Müştərilərə əlavə xidmətlərin (çay, su və fast food tipli yeməklər) təşkili və nəzarəti
• Klubun səliqəsi və təmizliyinə nəzarət

İş qrafiki: 11.00-23.00 və ya 12.00-24.00

İş yeri ünvanı: Torqovıy, Nizami küçəsi 50 (Fəvvarələr meydanının yaxınlığı, Xəqani ticarət mərkəzinin yanı)

Qeyd: Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərin [email protected] e-mail ünvanına öz CV-lərini göndərmələri xahiş olunur. Şəkilsiz və mövzu yerində “Əyləncə mərkəzinə  administrator” yazılmayan CV-lərə baxılmayacaq.