Mikro kreditlər üzrə baş ekspert - qrup rəhbəri (Göyçay filialı)

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 16.12.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC  Göyçay filialı üzrə “Mikro kreditlər üzrə baş ekspert - qrup rəhbəri” vəzifəsinə işəqəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Mikro  kreditlər  üzrə satış hədəflərinin icrasını təşkil etmək;
• Satışın təşkili məqsədilə marketinq tədbirlərində iştirak etmək və öz nəzarətində olan işçilərə marketinq tədbirlərini icra etmələrinə dəstək olmaq;
• Rəhbərlik etdiyi qrupun işinin təşkili ilə yanaşı öz satış planlarını icra etmək;
• Zərurət yarandığı təqdirdə  rəhbərlik etdiyi qrupun kredit mütəxəssislərinin sahəvi baxışlarda iştirak etmək;
• Rəhbərlik etdiyi qrupun kredit mütəxəssisləri tərəfindən istehlak kredit satışları zamanı prosedurlara əməl olunmasına, Bankın daxili qaydalara riayət olunmasını nəzaərətdə saxlamaq və seçmə üsulu ilə müvafiq yoxlamalar aparmaq;
• İdarə etdiyi kredit portfelinin keyfiyyətinə nəzarəti Bankın daxili tələblərinə uyğun həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Satış qabiliyyətinə malik olmaq;
• Biznes kreditlər sahəsində minimum 2 il iş təcrübəsinə malik olmaq;
• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 dekabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Göyçay filialı üzrə “Mikro kreditlər üzrə baş ekspert-qrup rəhbəri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.