BBTV/Çəkiliş üzrə mütəxəssis (Naxçıvan)

İşin təsviri

«BB TV Kommunikeyşn» MMC 1996-ci ildə təsis olunmuşdur və Azərbaycanda ilk dəfə analoq üsülu ilə radio televiziya kanallarının efir-kabel yayımı xidmətini göstərməyə başlamışdır. 2007-ci ilin aprel ayından başlayaraq «BB TV Kommunikeyşn» MMC Cənubi Qafqazda ilk dəfə rəqəmsal efir-kabel yayımını vətandaşlara təqdim etmişdir.

Hər zaman öz sahəsində birinci olan və son texnologiyaları tətbiq edərək abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən «BB TV Kommunikeyşn» MMC artıq üçüncü dəfə efif-kabel yayımı sahəsində birinci olaraq 14 may 2010-cu il tarixində Azərbaycanda ilk dəfə HDTV (yüksək dəqiqliyə malik televiziya) xidmətini abunəçilərinə təqdim etmişdir. Bu gün BBTV Naxçıvanda aşağıdakı vəzifə üzrə uğurlu namizəd axtarışındadır.

BBTV/Çəkiliş üzrə mütəxəssis (Naxçıvan)

Əsas vəzifə və Öhdəliklər:

• Müştərilərin FTTB şəbəkəsinə qoşulması (binaya qədər fiber optika): kabelin çəkilişi, mənzildə avadanlığın qoşulması və internetə qoşulmanın təmin olunması
• Müştəri istəyinə əsasən əlavə avadanlığın qoşulması  (Wi-Fi router,  Multiplay STB avadanlığı)
• Ehtiyac yarandıqda bina daxilində quraşdırılmış avadanlığa vizual baxış keçirmək (elektrik şəbəkəsinə qoşulu olub olmadığını yoxlamaq,xarici zədələr, avadanlıq qutusunun zədlənməsi,qapısının açıq olması,avadanlığın tüstülənməsi, qığılcımlanma,yanğın) 
• Ehtiyac yarandıqda şirkətin xidmətləri barədə müəyyən ərzilərdə əhalini məlumatlandırmaq
• Kabelin çəkilməsi ilə bağlı görülmüş  işlər haqda aktın imzalanması, Müştəri müqaviləsində qeyd olunan xidmətlərin aktiv edilməsi , avadanlığın qoşulması və ayarlanması.
• Ehtiyac yarandıqda müştəri avadanlığında yaranmış naaszlığın aradan qaldırılması
• Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa müdir tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Bütövlük
• Müştəri yönümlü
• Komanda işi və əməkdaşlıq
• Nəticə yönümlü
• Davamlı  təkmilləşmə 
• Azərbaycan və Rus dillərini səlis, İngilis dilini baza səviyyəsində bilmək
• Qəbuledici və ötürücü siqnal sistemlərinin işlənməsi, QAM Modulyatorlar və Multipleksorlar, Şərti Giriş Sistemləri haqqında təməl biliklər
• Kommutasiya və marşrutlanma, Transkoder və Enkoderlər haqqında təməl biliklər
 
Tələb olunan təhsil və iş təcrübəsi:

• Xüsusi texniki təhsil, İT və texniki universitet məzunu olanlara üstünlük veriləcək
• Kompyuter bilikləri
• Həyat və sağlamlıq üçün təhlükəli ola biləcəq çöl şəraitində işləmək (avadanlıq və elektrik cəraəyanı ilə işləmək, bina damlarında görülən işlər, texniki vasitələrlə işlər )

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 20/12/2015

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.

Başlıqda BBTV/ Çəkiliş üzrə mütəxəssis (Naxçıvan) qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

BB TV Kommunikeyşn tərəfindən digər vakansiyalar