Daxili Audit

  • Holding
  • Elanın qoyulma tarixi: 30.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Daxili Audit

Tələb olunan iş təcrübəsi: min. 3 il

İşə başlama tarixi: dərhal

Təklif olunan əmək haqqı: 1500-2000 AZN-dək

Daxili nəzarət sistemləri və mühitinin qiymətləndirilməsi istiqamətində audit yoxlamalarının həyata keçirilməsi.

Tələblər

Təhsil və təcrübə:
• Audit, mühasibatlıq, maliyyə və ya ümumi iqtisadiyyat sahəsi üzrə ali təhsil;
• Daxili və ya xarici audit üzrə 3 ildən az olmayaraq müvafiq iş təcrübəsi (tikinti, sənaye, satış və xidmət sahəsi üzrə təcrübəli namizədlərə üstünlük veriləcəkdir);
• Mühasibat və uçot sistemləri, İT və kommunikasiya texnologiyaları üzrə biliklər;
• Audit, mühasibat uçotu və risklərin idarə edilməsi sahəsində kvalifikasiyalar (arzu olunur);

Şəxsi keyfiyyətlər:

• İdarəetmə, texniki və digər bilik və bacarıqlar;
• Səmərəli və məhsuldar iş qabiliyyəti;
• Dəqiqlik, dürüstlük və məsuliyyət;
• Analitik və məntiqli yanaşma;
• Azərbaycan, Rus və İngilis dili bilikləri (arzu olunur);

Əsas vəzifə öhdəlikləri:

• İllik audit planının tərtibi, biznes proseslər üzrə risk əsasında daxili audit fəaliyyəti;
• Daxili nəzarət sistemlərinin yoxlanılması, təhlili, adekvatlığının və səmərəliliyinin; qiymətləndirilməsi, risklər üzrə prosedur və qaydaların tətbiqinin qiymətləndirilməsi;
• Saxtakarlıq hallarına qarşı sistem və prosedurların tətbiqinin yoxlanılması və audit tövsiyyələrinin verilməsi;
• Audit tapıntıları üzrə hesabatların tərtibi və həyata keçirilməsinə nəzarət;
• Tələb olunan digər tapşırıqlar;

Maraqlanan namizədlərdən CV-lərini [email protected] ünvanına göndərməli rica olunur.