Aqronom Köməkçisi

  • CNFA Azerbaijan
  • Elanın qoyulma tarixi: 15.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

CNFA Aqronom Köməkçisi vəzifəsinə işçi axtarır.

1. İşə görürən haqda məlumat:

İşə görürən: CNFA

Əlaqələndirici şəxs: Könül Vəliyeva

Şəhər: Bakı

E-ünvan: [email protected] 

2. Aqronom Köməkçisi Barədə Qısa Məlumat:

Fındıqçılıq üzrə dəyər zənciri çərçivəsində texniki sahə işlərinin icrası üçün məsləhətçi xidməti göstərən ixtisaslı işçilər axtarılır. Belə sahələrə məhsulun yetişdirilməsinin idarə edilməsi (bağ planının hazırlanması, məhsulun keyfiyyətinə nəzarət və s.), zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin görülməsi və qabaqcıl aqrotexniki qaydaların (məs. budama, gübrələmə, dərmanın səpilməsi, suvarma) və istehsal səviyyəsində digər qaydaların tətbiq edilməsi aiddir. Müsabiqədən uğurla keçmiş namizədlər təlimlərdə iştirak edəcək istehsalçıları müəyyən edəcək, nümunəvi təsərrüfatlarda sahə işlərini təşkil və idarə edəcək, eləcə də təlim materiallarını və hesabatları yerli aqronom və digər texniki heyət tərəfindən təyin edilmiş qaydada paylayacaq. Seçilmiş namizədlər nümunəvi təsərrüfatın yaradılması ilə bağlı olan bütün aspektlərin ( işlərin icrası, benefisiarlarla qurulmuş əlaqələrin idarə edilməsi, istehsal vasitələrinin mənbələrinin müəyyən edilməsi) həyata keçirilməsinə, fındıqcıqlıq üzrə dəyər zənciri çərçivəsində bağların idarə edilməsi ilə bağlı məlumatların ( o cümlədən bitkinin qorunması ilə bağlı verilmiş məsləhətlərin) toplanmasına və cari aqrotexniki qaydalar barədə ən son məlumatların verilməsinə məsuliyyət daşıyacaq.   

3. Vəzifə təlimatları:

Nəzərə alınması üçün müraciət edənlərin minimal gözlənilən xüsusiyyətləri:

• Müxtəlif əkinçilik sistemləri, əkinçilik və bitki məhsuldarlıq sahəsində praktiki bacarıq və ya təhsil / təcrübə ekvivalenti.
• Fındıqçılıq, meyvəçilik, və tərəvəzçilik kimi kənd təsərrüfatı sahələrində təcrübə;
• Müvafiq bağ / sahə işlənməsi alət və avadanlıqlar barədə məlumat və onlarla iş təcrübəsi;

4. Yerləşmə:

Aqronom köməkçisinin xidmətləri Azərbaycanın şimal-qərb (Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən) rayonlarını əhatə edəcək.

5. Diqər Şərtlər:

Maraqlanan namizədlər 25 noyabr 2015 saat 17:00-dan gec olmamaq şərti ilə [email protected]  e-poçt ünvanına müraciət edə bilər.