Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 12.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC  Risk Departamentinin Kredit Risklərinin İdarə Olunması şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

 Mütəmadi olaraq kredit portfelinin keyfiyyət tendensiyalarının izlənməsi və müəyyən edilmiş dövrülükdə hesabatların verilməsi;
 Filialların kredit portfelinin keyfiyyətini əsas götürməklə reytinq metodologiyasının hazırlanması, təkmilləşdirilməsi ilə bağlı təkliflərin  verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi;
 Bankda müxtəlif risk sahələri üzrə kredit limitlərinin təyin edilməsi barədə təkliflərin verilməsi və təsdiqlənmiş limitlərin riayət edilməsinə nəzarət edilməsi;
 Kredit sahəsində aşkar edilmiş nöqsanların və çatışmazlıqların müvafiq struktur bölmələr tərəfindən aradan qaldırılması barədə öz təkliflərinin verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi;
 Bankın struktur bölmələrində risklərin idarə edilməsi işinin risk siyasətinə, bankdaxili qaydalara və prosedurlara uyğun aparılmasına nəzarət edilməsi;
 Bankda kredit riski səhəsində (kredit potfeli daxil olmaqla) müvafiq metodologiya əsasında stres-testlər keçirilməsində iştirak edilməsi;
 Bölmənin işinə aid prosedur, təlimat və qaydaların hazırlanması;
 Bankın daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarina daim riayət edilməsi;
 Daim bankın imicinin və mənafeyinin qorunması.

Namizədə qarşı tələblər:

 İqtisadiyyat sahəsində ali təhsilin olması (magistr dərəcəsi arzuolunandır);
 Analitik düşüncə tərzi, maliyyə-mühasibat hesabatları ilə işləmək bacarığı;
 Bankda risk və ya analitika sahəsində iş təcrübəsinin olması;
 Analitik düşünmə qabiliyyəti;
 Güclü statistika və ekonometrika bilikləri (modelləşdirmə və proqnozlaşdırma);
 Yüksək səviyyədə Microsoft Excel bilikləri (formulalar və cədvəllərlə işləmək);
 Sərbəst Azərbaycan, İngilis və Rus dili bilikləri;
 Sərbəst işləmə bacarığı;
 Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.