Hüquqşünas

İşin təsviri

Şirkət:   İnvestisiya Qrupu

Struktur:  Hüquq və Kadrlar şöbəsi

Vəzifənin adı:  Hüquqşünas

İş yeri:   Bakı şəhəri

Net Maaş:  1200 - 1500 manat + günorta yeməyi + mobil telefon nömrəsi

Tələblər:

Ali hüquq təhsili
Ən az üç il təcrübə
Məhkəmə və dövlət orqanları ilə təcrübəsi olanlara üstünlük veriləcək

Əsas Funksiyalar:

1. Qrupa aid olan şirkətlərin mənafeyini məhkəmələrdə müdafiə etmək;
2. Hüquqi şəxslərin qeydiyyatı və ləğvi, pay alqı-satqısı, təkrar qeydiyyat işlərini yerinə yetirmək;
3. Dövlət orqanlarında qeydiyyat işlərini yerinə yetirmək;
4. Dövlət orqanlarından tələb olunan icazələri və lisenziyaları almaq;
5. Notarial təsdiq tələb edən işləri yerinə yetirmək;
6. Cinayət işlərində qrupa aid olan şirkətlərin mənafeyini qorumaq;
7. Dövlət orqanları ilə olan inzibati və digər mübahisələrdə qrupa aid olan şirkətlərin mənafeyini qorumaq;
8. Müxtəlif məsələrlərlə bağlı qanunvericiliyi araşdırmaq və rəy vermək;
9. Protokol, məktub, etibarnamə, qərar, əmr, arayış, ərizə, akt və digər hüquqi sənədlər hazırlamaq;
10. Qanun, qərar layihəsi və daxili qaydalar hazırlamaq;
11. Fəaliyyətiylə bağlı ölkə daxili səfərlər etmək;
12. Rəhbərliyin tapşırığı ilə Cəmiyyətin digər hüquqi işlərini və yuxarıda göstərilənlərlə əlaqədar yardımcı işləri yerinə yetirmək.

Xahiş olunur CV-lərinizi 30 noyabr 2015 tarixinədək e-poçtun “subject” hissəsində “hüquqşünas” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

İnvestisiya Qrupu tərəfindən digər vakansiyalar