Aparıcı (Baş) Kredit Mütəxəssisi

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 04.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Mol Bulak” BOKT MMC Ağdaş,  Ağstafa, Astara, Balakən, Cəlilabad, İsmayıllı, Qax, Qazax, Qəbələ və Zaqatala filiallarına Aparıcı (Baş) Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Azərbaycan üzrə 30-a yaxın filial şəbəkəsinə, habelə 30.000-dən artıq müştəriyə malik olan “Mol Bulak” BOKT MMC kiçik və orta sahibkarlarlığın inkişafına köməklik göstərir. “Mol Bulak” təşkilatı hazırda Ağdaş,  Ağstafa, Astara, Balakən, Cəlilabad, İsmayıllı, Qax, Qazax, Qəbələ və Zaqatala filiallarına Aparıcı (Baş) Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulunu elan edir. Aktiv vakansiyalarla bağlı daha ətraflı məlumatı www.molbulak.az səhifəsindən əldə edə bilərsiniz.

Əsas vəzifə və öhdəliklər:

• Bazarda bütün növ kredit məhsulları və xidmətlərin satışınının təmin edilməsi;
• Yeni müştərilərin cəlb edilməsi;
• Müştərilərə kredit məhsullarına dair məlumatın verilməsi;
• Kreditə dair müraciətlərin qəbulu, qiymətləndirilməsi və təhlili;
• Müştərilərin biznesinin təhlili və mövcud risklərinin müəyyənləşdirilməsi;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;

Namizəd aşağıdakı tələblərə cavab verməlidir:

• İqtisadiyyat, riaziyyat və ya idarəetmə sahəsində ali təhsil;
• Bank/BOKT-larda ən azı 1 ildən 3 ilə kimi iş təcrübəsi (biznes və SME kreditləri üzrə);
• Ünsiyyət qurma və öyrənmə bacarığı olmalı;
• Yüksək riyazi və məntiqi biliklərə malik olmalı;
• Regionun inzibati ərazi bölgüsünü yaxşı tanıması;
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması.

Uğurlu namizədə təklif edirik:

• Rəqabət qabiliyyətli əmək haqqı;
• Təşkilatın bonus sistemindən yararlanmaq imkanları;
• Təlim və karyera inkişafı imkanları (kredit meneceri və filial vəzifələrinə yüksəlmək imkanaları);
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
• İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
• İş məqsədləri üçün avtomobil təminatı.

Tələblərə cavab verən namizədlər 05 dekabr, 2015-ci il tarixinədək Mol Bulakın-in müvafiq filialının ofisinə və ya [email protected] e-ünvanına CV-ni göndərməklə müraciət edə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Misal üçün: Ağdaş (və ya Zaqatala) Aparıcı (Baş) Kredit Mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.