Tedarük üzrə mütəxəssis (Gəncə şəhəri)

İşin təsviri

Vakansiyanın adı: Tedarük üzrə mütəxəssis (Gəncə şəhəri)

AZERSUN HOLDING  “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC

“Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC-nin bölgələrdə  fəailiyyət göstərən Gəncə nümayəndəliyinə Tədarük üzrə mütəxəssis vakansiyası üzrə işçi qəbulunu elan edir. İş haqqında məlumat və namizədlərdən tələb olunan şərtlər aşağıda qeyd edilmişdir:

İş haqqında məlumat:

 Bölgələrdə idarə, müəssisə və təşkilatlarla kağız və karton tədarük prossesi ilə bağlı işlərin təşkili və aparılması;
 Regionda təkrar istehsala dair təbliğat və təşviqat işlərini  aparmaq, təkrar emala yararlı kağız və karton tullantılarının  yığımını təşkil etmək;
 Müştərilərin ödənişləri, avans, qiymət şərtlərini və s. qəbul etmək və analiz etmək;
 Tədarük strategiyasını işləmək və regional potensialı üzə çıxartmaq üçün yeni bazarların axtarışı;
 Təkrar istehsalla bağlı PR kompaniyaları, sosial yönümlü tədbirlər təşkil etmək və tədbirlərdə iştirak etmək;
 Müştərilərin işinin stimullaşdırılması üçün həvəsləndirici tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi;
 Fəaliyyət zamanı şirkət nizamnaməsini əsas götürmək və bundan kənara çıxmamaq.
 Dövlət orqanları, təşkilat və müəssisələri təkrar istehsal prossesinə qoşmaq üçün PR texnologiyalarına bələd olmaq;
 Müştəri görüşmələri, anlaşmalarının  həyata keçirilməsi, müqavilələrin tərtib edilməsi və qiymətlərin müəyyən olunması;
 Tabeliyində olan əraziləri və bazarı yoxlamaq və mütəmadi olaraq nəzarətdə saxlamaq.

Namizədə aid tələblər:

 25-38 yaş arası kişilər;
 Ali təhsilli;
 B kateqoriyalı sürücülük vəsiqəsi;
 Rus və Türk (işinə aid terminologiya) dilini bilmək;
 Satış sahəsi üzrə 1-3 illik təcrübəyə sahib olmaq;
 Regiona yaxşı bələd olmaq;
 Məhsulların tərkibini və fiziki və kimyəvi  xüsusiyyətlərini bilmək. Kağız və plastik məmulatlarının çeşidləri haqqında məlumatlı olmaq;
 Regionalrın təkrar istehsal üzrə potenisyalını bilmək;
 Məhsulun bazar qiyməti və satış bazarları haqqında məlumata sahib  olmaq;
 Dövlət orqanları, təşkilat, idarə və müəssisələrlə  təkrar istehsal prossesinə qoşmaq və birlikdə  fəaliyyət göstərmək üçün  PR texnologiyalarına bələd olmaq.
 Ms Office proqramlarını (Ms Word,Excell, Outlook), Unity proqramlarını bilmək;
 Diqqətli və məsuliyyətli olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 11.11.2015-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Tədarük üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı MMC tərəfindən digər vakansiyalar