Hesabatlar üzrə köməkçi

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 25.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
 
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit  BOKT Hesabatlar üzrə köməkçi vəzifəsinə (yarım-ştat ) işçi qəbulu elan edir.

Öhdəliklər:

• Kredit müqavilələrini toplamaq və təhlil etmək
• Hüquq şirkətlər və xarici investorlarla əlaqələlər saxlamaq və əvvəllər imzalanmış sazişlərə dəyişikliklər hazırlanmaq
• Digər hesabatların hazırlanmasında yardım etmək.

Tələblər:

• İqtisadiyyat, maliyyə, menecment və ya statistika sahəsində ali təhsil alan tələbələrə üstünlük veriləcək (qəbul balı 600-dən çox)
• Əvvəllər könüllü iş təcrübəsi arzuolunandır
• Excel proqramının sərbəst istifadəçisi
• İngilis və rus dillərində biliklərə malik olma
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti


Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 10 noyabr 2015-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Hesabatlar üzrə köməkçi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi