Baş ekspert/Struktur bölmə Xəzinədarlıq departamentinin Müxbir əlaqələr şöbəsi

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 21.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Struktur bölmə Xəzinədarlıq departamentinin Müxbir əlaqələr şöbəsi

Vəzifə Baş ekspert

Əsas vəzifə öhdəlikləri

 Müxbir hesabların, eləcə də maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması, bağlanması və bununla əlaqədar sənəd və məlumat mübadiləsi
 Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması,
 Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi
 Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması
 Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi (və yaxud tutulması), bu əməliyyatlar üzrə qeyri-dəqiqliyə yol verildikdə səhvlərin araşdırılması və aradan qaldırılması
 Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və aparılmış əməliyyatlar üzrə SWIFT vasitəsilə çıxarışların göndərilməsi
 Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi

Seçim meyarları

 İş təcrübəsi (il): 3+
 Təhsil: ali texniki, iqtisadi, mühəndislik, riyaziyyat və uyğun digər ixtisas
 Dil biliyi (dil/dərəcə): Azərbaycan, Rus və Ingilis dilləri - əla
 Kompüter biliyi: MS Office

İş şərtləri

 İş yeri: Baş Ofis
 İş vaxtı (gün/saat): B.e.-Cümə, saat 9.00 saat 18.00-dək
 Əmək haqqı: start 1000 AZN

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə və ya bankın filiallarına təqdim edə bilərlər. Məktubun subject qrafasında Xəzinədarlıq sözünü qeyd etməyi unutmayın!

İşəgötürənin reytinqi