İngilis dili müəllimi

İşin təsviri

Təcili VISION Təhsil Mərkəzinə aşağıda qeyd olunmuş vakansiyalar üzrə müəllimlər tələb olunur:

- İngilis dili müəllimi;
- İngilis dilində danışıq dərslərinin aparılması üçün müəllim (Conversation teacher);

İşə götürən: Vision Təhsil Mərkəzi

Tələb olunan keyfiyyətlər:

1. Ali təhsil;
2. İngilis dilini əla səviyyədə bilmək;
3. Fənnin peşəkar səviyyədə tədrisi və təşkilini bacarmaq;
4. Tədris proqramını tələbələrə düzgün çatdırmaq;
5. Tələbələrin qısa müddətdə inkişafı üçün fərqli metodlar tətbiq etmək;
6. Pedaqoji bacarıq;
7. Müəllim kimi kurslarda minimum 2-3 il iş təcrübəsi;
8. Yaxşı ünsiyyət, əlaqə və komanda ilə işləmək bacarığı;
9. IELTS və ya TOEFL dərəcəsinə malik olanlara üstünlük verilir;
10. Rus dili biliyi arzuolunandır;
11. İngilis dilli ixtisasları bitirmək müsbət hal kimi nəzərə alınacaq.

İş qrafiki:

-  İngilis dili müəllimi - 10.00-20.00 (bazar günləri istisna)
-  İngilis dilində danışıq dərslərinin aparılması üçün müəllim - 15.00-20.00 (bazar günləri istisna)

Əmək haqqı:

-  İngilis dili müəllimi - 400-500 AZN (təcrübəyə görə dəyişir)
-  İngilis dilində danışıq dərslərinin aparılması üçün müəllim - 250-300 AZN (təcrübəyə görə dəyişir)

Qeyd: Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərin [email protected] e-mail ünvanına öz CV-lərini göndərmələri xahiş olunur. CV göndərən zaman e-maildə subject (mövzu) bölümünə vakansiyanın kodu və adı qeyd edilməlidir (İNGD – İngilis dili müəllimi, İNG. DNŞ - İngilis dilində danışıqların aparılması üçün müəllim). Vakansiyanın kodu və adı yazılmayan CV-lərə baxılmayacaq.

Əlaqə vasitələri:

Ünvan:   Nizami met., Süleyman Rəhimov 116 (Qış parkının yanı)
Tel: (012) 595 70 75, (055) 499 30 30
E-mail:  [email protected]
www.vec.az