Tender

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 18.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“TBC Kredit ”  BOKT MMC Sizləri ofis dəftərxana ləvazimatları, təsərrüfat və yeyinti malları, katriclərin doldurulması, poliqrafiya və s. xidmətlərin təchizatı məqsədilə keçirilən TENDERDE iştirak etməyə dəvət edir:

1. Ofis dəftərxana ləvazimatları  ( dəftərxana_ləvazimatı.doc )
2. Təsərrüfat  malları   ( Təsərrüfat malları.doc )               
3. Ofis mebeli ( Ofis mebeli.doc )                           
4. Kompüterlər, onların təmiri və şəbəkə xidmətləri  ( İnformasiya Texnologiyası (1).doc )         
5. Poliqrafiya xidmətləri  ( Poliqrafiya xidmetleri.doc )                                                     
6. Printer, katriclərin doldurulması, skanner və onların təmiri  ( Katric,skanner.doc )   
7. Tərcümə xidmətləri  ( Tercume xidmetleri.doc )                                                               
8. Taksi və yükdaşıma xidmətləri   ( Taksi xidmetleri.doc )                                             
9. Təhlükəsizlik kameraları, onların quraşdırılması və servisi  ( Kameralar.doc )   
10.  Santexnika və usta xidmətləri   ( Santixnika ishleri.doc )                                               
11.  Kuryer xidmətləri ( Kuryer xidmeti.doc )                                                                    

Tender çərçivəsində şirkətlərin seçimində üstünlük veriləcək şərtlər:

• Təchiz edilən ləvazimatların yüksək keyfiyyətli olması
• Təchiz edilən mallara rəsmi qaydada zəmanət verilməsi
• Təchiz edilən ləvazimatların sərfəli qiymətdə olması
• Pulsuz və vaxtında çatdırılma
• Ödənişlərin bank vasitəsi ilə həyata keçirilməsi imkanı
• İstifadəyə yararsız malların geri qaytarılması imkanı
• Sadələşdirilimiş vergi ödəyicisi olan şirkətlərə üstünlük veriləcək

Tenderdə iştirak etmək istəyinizi bildirən kifayət qədər ətraflı yazılmış maraq məktubunuzu (şirkət, partnyorlar haqqında və s.) və qeyd olunmuş məhsul və xidmətlərin qiymət təkliflərini şirkətinizin rəsmi blankında əlaqələndirici şəxsin adı və bank rekvizitlərinizi qeyd edərək möhürlənmiş imzalanmış formada təşkilatımızın iş vaxtı ərzində ( bazar ertəsi- cümə, 09:00-18:00, bayram günləri istisna olmaqla) [email protected] elektron ünvanına təqdim etməyiniz xahiş olunur.

Təkliflər 2015-ci il noyabrın 05-dək qəbul olunacaq.                                                                  

TBC Kredit BOKT MMC
Bakı şəhəri, AZ1010, 28 May küçəsi 71/77
Tel: (012) 598 22 12 (100)

Tender üzrə əlaqələndirici şəxs : Samirə Şükürova ( İnzibati işlər üzrə əlaqələndirici)

İşəgötürənin reytinqi