Təhlükəsizlik və Əmniyyət üzrə Menecer

İşin təsviri

İşəgötürən: Avropa Azərbaycan Məktəbi

İşin adı: Təhlükəsizlik və Əmniyyət üzrə Menecer

Son müraciət tarixi: 15 noyabr 2015-ci il

Tələb olunan keyfiyyətlər:

 Təhlükəsizlik və Əmniyyət Meneceri kimi ən azı 4 il iş təcrübəsi MÜTLƏQ olmalıdır.

 Təhlükəsizlik və Əmniyyat Meneceri kimi beynəlxalq təşkilatda iş təcrübəsinin olması mütləqdir.

 Binanın təhlükəsizliyinin və insanların əmniyyatının təmin olunması sahəsində xüsusi iş təcrübəsinə malik olmaq.

 Təhlükəsizlik və əmniyyat ilə bağlı müxtəlif mövzuda xüsusi təlimləri həyata keçirmək bacarığı.

 Fövqəladə hallar zamanı düzgün qərar vermək qabiliyyəti.

 Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.

 Mükəmməl Azərbaycan və ingilis dili və İT qabiliyyəti.

İşin funksiyaları:

 Avropa Azərbaycan Məktəb binalarının təklükəsizliyini təmin etmək üçün mühafizə qrupuna rəhbərlik və qrupun işinə gündəlik nəzarət etmək.

 Məktəbin ümumi mühafizəsinə dair xüsusi sənəd hazırlamaq.

 Müəllim və şagirdlərin baş verə biləcək fövqəladə hallara (zəlzələ, yanğın və s.) hazır olması üçün mütəmadi təlimlər keçirmək.

 Həyata keçirilən təhlükəsizlik və əmniyyat tədbirlərinə dair hesabatlar hazırlamaq.

 Hüquq mühafizə orqanları, yanğından mühafizə orqanları və digər müvafiq qurumlar ilə yaxından əməkdaşlıq etmək.

MÜRACİƏT QAYDALARI

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu [email protected] elektron poçtuna göndərməlidir. Niyyət məktubu əlavə olunmadan müraciətlərə baxılmayacaq. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.

Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Ərizələrin son qəbulu tarixi 15 noyabr 2015-ci ildir.

İşəgötürənin reytinqi