Biznes prosesləri departamentinin eksperti

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 10.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Biznes prosesləri departamentinin eksperti

Bank haqqında
1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 19 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir. 

Əsas vəzifə və öhdəliklər:
 Bankın hər bir sahəsi üzrə bankdaxili hesabatların hazırlanması barədə illik planına riayət etmək
 Bank sistemində proseslərin və hesabatların hazırlanmasının avtomatlaşdırılmasını təmin etmək

Tələb olunan meyarlar:
 Ali təhsil
 Məntiqi düşünmək, təhlil etmək bacarığı
 Yüksək öyrənmə bacarığı
 Azərbaycan və Rus dillərini yaxşı bilməsi
  SQL proqramını yaxşı səviyyədə bilməsi
 MS Office proqramlarında işləmək bacarığı (xüsusilə də Excel və Access proqramlarında)

Müraciətlər üçün son tarix: 30 sentyabr 2015

Yuxarıdakı tələblərə uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə və ya bankın filiallarına təqdim edə bilərlər. Məktubun mövzu qrafasında BPD sözünü qeyd etməyi unutmayın!

İşəgötürənin reytinqi