Dizayner

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 10.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


2015-ci ilin sentyabr ayından fəaliyyətə başlayan və Bakıda ən nəhəng lüks ev əşyaları üzrə satış mərkəzi olan COLLEZİONE İtalia xidmətinizdə olacaqdır. Collezione İtalia dünyanın və xüsusən də Avropanın ən məşhur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 20.000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan  mebel (mətbəx, qonaq, yataq mebelləri), santexnika, qapı və parket, divar kağızları, çilçıraq, qab-qacaq nümayiş olunacaqdır.
Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidmət göstərməyi qarşısında məqsəd qoyan COLLEZİONE İtalia şirkəti dizayn sahəsində çalışan təcrübəli və peşəkar şəxsləri Dizayner vəzifəsində çalışmağa dəvət edir.
Dizayner


Namizədə dair əsas tələblər:
•  Yaş: 25 yaşdan yuxarı
•  Təhsil: Ali (Dizayn və Memarlıq sahəsində) Maqistr dərəcəsi üstün tutulur
•  İş təcrübəsi: Aparıcı şirkətlərdə 3 ildən yuxarı təcrübə (Dizayn və memarlıq, interyer sahəsində çalışanlara üstünlük    veriləcək)                                                                                                    
•  Təlim və sertifikasiya: Dizayn və Memarlıq sahəsində təlim keçmiş və sertifikat almış mütəxəssislərə üstünlük verilir
Vəzifəyə dair peşəkar tələblər:
•  Şəxsi keyfiyyətlər: Professional etik davranışlar, gərgin şəraitdə işləmə bacarığı , vicdanlılıq və ədalətlilik prinsipini əsas tutmaq                                                                                                                                                                                             
•  Diı bacarıqları: Azərbaycan,Rus, İngilis dillərində sərbəst, danışıq və yazma                                                                        

•  Kompyuter bilikləri: MS Word, MS Excel, MS Power Point, 2D və 3D formatlı proqramlarda işləmə (Corel Draw,  3DMax, Autocad və s.)
•  Təqdimat bacarığı: Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək                                         

•  Fərdi inkişaf: Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir                                                                                                                                                                                                                                                                                                                                      

Vaxtın idarəedilməsi: Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir 

   
Vəzifəyə dair əsas məlumatlar:
• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin 1 günü
• İş yeri: Əsasən ofisdə, bəzən sahələrdə və ezamiyyətlərdə
• Tabeçilik: Baş dizayner
• Tabe olanlar: yoxdur 
• Əmək haqqı və bonus: Təcrübədən asılı olaraq danışıqlar yolu,  bonus sistemi, qoyulmuş hədəflərə görə əmək haqqı fondundan
• Fərdi təlimlər: Tələblərə uyğun olaraq şirkət tərəfindən maliyyələşdirilir 
 

Əsas funksiyalar:

     1.Müştəri tələblərinin təyin edilməsi və dəqiqləşdirilməsi:
• Strukturun müştəri tələblərinin dəqiq müəyyən edilməsi üçün hazırlanması
• Müştərilərlə ilkin görüşün təşkili
• Müştərinin ilkin ehtiyacının öyrənilməsi
• Müştəriyə tələbənin düzgün izah etməsi üçün müxtəlif nümunələrin təqdim edilməsi
• Müştəri tələbənin dəqiqləşdirilməsi və yazılı şəkildə alınması
• Ehtiyac olduğu halda müştərinin evinin, iş yerinin ziyarət edilməsinin təşkili:

   2.2D, 3D və videoçarx formatda layihələrin hazırlanması:
• Müştəri tələbinə uyğun görüntülərin hazırlanması
• Hazırlanan görüntülərin texniki tələblərə uyğun olmasının təmin edilməsi
• Hazırlanan görüntülərin lazım olduğu təqdirdə dinamik olmasının təşkili
• Hazırlanan eskizlərin düzgün sənədləşdirilməsi

  3.Təkliflərin müştəri ilə razılaşdırılması:
• Hazırlanan layihələrin müştəri ilə müzakirəsinin təşkili
• Layihənin hazırlanmasında işin gedişatını müştəriyə düzgün izah edilməsi
• Aksesuar seçimində tövsiyyələrin verilməsi
• Son razılaşmanın sənədləşdirilməsi
CV-lərinizi Dizayner mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.