Kimyaçı – Mühəndis (Kürdəmir Süd Emalı Zavodu MMC)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 03.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AZERSUN HOLDING  “Kürdəmir Süd Emalı Zavodu” MMC

Vakansiyanın adı: Kimyaçı – Mühəndis

Azərsun Holdinq, Kürdəmirdə yerləşən “Kürdəmir Süd Emalı Zavodu” MMC üçün Kimyaçı - Mühəndis vakansiyası üzrə işçi qəbulunu elan edir. İş haqqında məlumat və namizədlərdən tələb olunan şərtlər aşağıda qeyd edilmişdir:

İş haqqında məlumat:

 İSO 17025 standartına uyğun laboratoriyanın fəaliyyətinin təşkil olunması;
 Laboratoriya personallarına ümumi rəhbərlik;
 İş təlimatlarına, AZS, Avropa, başqa regional və beynəlxalq standartlara uyğun analizlərin yerinə yetirilməsi;
 Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) kalibrasıyasının edilməsi;
 Cihaz və avadanlıqların texniki qulluğunun yerinə yetirilməsi;
 Laboratoriyada istifadə olunan məhlul və qarışıqların hazırlanması;
 Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi.

Namizədə aid tələblər:

 Kimya və ya Qida Mühəndisliyi ixtisası üzrə ali təhsilli olmalı;
 Bu sahədə ən azı 4 illik təcrübəyə sahib olmalı;
 Təhlükəsizlik və Əməyin Mühafizəsi Qaydalarını bilməli;
 MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 30.09.2015 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Kimyaçı – Mühəndis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi