Kredit Meneceri (Zaqatala filialı)

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 02.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Mol Bulak” BOKT MMC Zaqatala filialına Kredit Meneceri vəzifəsinə işçi qəbulu elan edir.

Azərbaycan üzrə 30-a yaxın filial şəbəkəsinə, habelə 24.000-dən artıq müştəriyə malik olan “Mol Bulak” BOKT MMC kiçik və orta sahibkarlarlığın inkişafına köməklik göstərir. “Mol Bulak” təşkilatı hazırda Zaqatala filialına Kredit Meneceri vəzifəsinə işçi qəbulunu elan edir. Aktiv vakansiyalarla bağlı daha ətraflı məlumatı www.molbulak.az səhifəsindən əldə edə bilərsiniz.

İdarəetmə, nəzarət və təşkilatçılıq sahələri üzrı əsas vəzifə və öhdəlikləri:

• Kreditlərin verilməsi üçün zəruri olan sənədlərin tərtib olunmasının etibarlığının, dəqiqliyinin və tamlığının yoxlanılmasına nəzarət etmək;
• Kredit Komitəsinə kredit ərizələri üzrə uyğun yazılı rəy vermək;
• Kredit portfelinin keyfiyyətini təhlil etmək və yüksək səviyədə saxlayaraq idarə etmək;
• Müvafiq kredit sənədlərini imza və möhürlə təsdiq etmək;
• Girovun qiymətləndirilməsi prosesində iştirak etmək;
• Problemli kreditləri nəzarətdə saxlayaraq idarə etmək;
• Bütün portfel problemləri haqqında Filial müdirini dərhal məlumatlandırmaq;
• Tabeçiliyində olan heyətin fəaliyyətini idarə etmək;
• Ehtiyac olduqda Filial müdirinin vəzifələrini icra etmək;
• İşçilərin illik qiymətləndirmə prosesində iştirak etmək.

Kredit meneceri aşağıdakı tələblərə cavab verməlidir:

• İqtisadiyyat, idarəetmə, biznes və ya maliyyə-kredit sahəsində ali təhsil;
• Kredit sahəsində minimum 5 il iş təcrübəsi (biznes və SME kreditləri üzrə);
• Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək;
• Fərdi və komanda şəklində işləmək;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
• Regionun inzibati ərazi bölgüsünü yaxşı tanımaq;
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olmaq;
• Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləməyi bacarmaq.

Uğurlu namizədə təklif edirik:

• Rəqabət qabiliyyətli əmək haqqı;
• Təşkilatın bonus sistemindən yararlanmaq imkanları;
• Təlim və karyera inkişafı imkanları (filial və regional menecer vəzifələrinə yüksəlmək imkanaları);
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
• İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
• İş məqsədləri üçün avtomobil təminatı.

Tələblərə cavab verən namizədlər 03 oktyabr, 2015-ci il tarixinədək Mol Bulakın-in Zaqatala ofisinə (Çingiz Atalov küç. 3. Telefon (02422) 5 65 66) və ya [email protected] e-ünvanına CV-ni göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Zaqatala Kredit Meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.