Vəzifə : Camaşırxana meneceri
Hilton Baku
Tabeçiliyi : Təsərrüfat üzrə menecer
Hilton Baku
Əmək funksiyaları:
Camaşırxananın iqtisadi cəhətdən səmərəli və müəyyən edilmiş standartlar çərçivəsində idarə edilməsi
Camaşırxananın fəaliyyətinə nəzarət edilməsi, həmin fəaliyyətin müəyyən edilmiş standartlara və təsərrüfat işləri üzrə müdirin təlimatlarına əsasən və ya onun köməyi ilə davam etdirilməsi üçün məsuliyyət daşıyır.
İşlərin necə icra etmək lazım olduğunu yaxşı bilir və əlaqədar keyfiyyət meyarlarından xəbərdardır.
Texniki şöbə, Yemək və içki xidməti şöbəsinin xidmət məkanları, digər təsərrüfat xidməti sahələri ilə və həmin şöbə və məkanların qrup rəhbərləri ilə yaxından əməkdaşlıq edir.
Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rəhbərinə təqdim edir.
Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
Aylıq fəaliyyət planı (siyahısı) hazırlayır.
Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır, lazım olarsa bu işlərdə özü də iştirak edir.
Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir, camaşırxana işçilərinin də bu qurğu və avadanlıqları necə işlətməsinə nəzarət edir.
Tələblər:
Ali və ya orta ixtisas təhsilli
Ən azı camaşırxana və ya təmizlik sahəsində 3-5 illik iş təcrübəsi
Stress altında işləmə bacarığı
Dəyişkən iş qrafikində işləmə qabiliyyəti
Müsbət ünsiyyət və komandada işləmə bacarığı
Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı
Kimyəvi maddələrlə işləmə bacarığı
Maraqlanan namizədlər www.hiltonworldwide.com/careers/ saytına daxil olaraq Spa Therapist vəzifə üçün müraciət edə bilərlər, və ya [email protected] unvanina müvafiq pozisiyani qeyd etməklə göndərə bilərsiniz.