Mühəndis mexanik/mühəndis elektrik

  • Hilton Baku
  • Elanın qoyulma tarixi: 12.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühəndis mexanik/mühəndis elektrik

Vəzifə : Mühəndis
Hilton Baku

Tabeçiliyi : Baş mühəndis
Hilton Baku

Əmək funksiyaları:

1. Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:

 Təmirə, düzəlişə və ya dəyişdirilməyə  olan ehtiyacları aşkarlamaq məqsədilə mehmanxana nömrələrini, ictimai və xidməti sahələri gəzir.
 İşıq lampaları, elektrik açarları, su axarlarını, kranları, tualeti, cihazları, filtrləri, boyanı, mebeli, oboyları, birləşmə yerlərini, betonlanan sahələri və digər əşyaları təmir edir və ya dəyişir.
 Profilaktik texniki xidmət proqramının gerçəkləşdirilməsində digər şöbələrə yardım edir.
 Görülən təmir işləri və ya daha yaxından diqqət göstərilməsi lazım olan sahələr barədə qeydlər aparır.
 Vəzifəsinin icrası üçün lazım olan alət və avadanlıqların inventarizasiyasını aparır.
 Əlaqədar tədbirlərin görülməsi üçün  əsaslı təmir işləri və ya təmiri mümkün olmayan əşyalar barədə dispetçerə məlumat verir.

Supervayzeri tərəfindən verilən və vəzifəsinin xarakterinə uyğun digər tapşırıqları yerinə yetirməsi, o cümlədən su sızıntısının qarşısının alınması, təmizlik və təhlükəli  materialların işarətlənməsi kimi digər işləri görməsi tələb edilə bilər.

Tələblər:

 Ali və ya orta ixtisas təhsilli
 Ən azı mexanika və elektrik sahəsində 3-5 illik iş təcrübəsi
 Stress altında işləmə bacarığı
 Dəyişkən iş qrafikində işləmə qabiliyyəti
 Müsbət ünsiyyət və komandada işləmə bacarığı
 Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı

Maaş: 588 gross AZN


Maraqlanan namizədlər www.hiltonworldwide.com/careers/ saytına daxil olaraq müvafiq vəzifə üçün müraciət edə bilərlər. Və ya CV-ləri mühəndis mövzusu ilə [email protected]  elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Hilton Baku tərəfindən digər vakansiyalar