Xəzinədar - Lənkəran filialı

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 09.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Lənkəran - Xəzinədar

Tələblər

Ali təhsilli
Bankda kassir vəzifəsində işləyən namizədlərə üstünlük verilir
Ünsiyyətçillik,vicdanlılıq,təşəbbüskarlıq
Komandada işləmə bacarığı
Analitik zəka,müştərilərlə işləmək qabiliyyəti
Riyazi hesablama apara bilmə qabiliyyəti
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti

Əsas vəzifələr:

1. Filial müdiri və baş mühasibin iştirakı ilə  mövcud qanunvericiliyə uyğun  xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
2. Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
3. Xəzinə mədaxil  və məxaric sənədlərini icra etməzdən əvvəl  onun tam doldurulması  və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
4. Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
5. Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri  və baş mühasibinin iştirakı ilə  sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
6. Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq  və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;

CV-ləri  Lənkəran xəzinədar  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.