Baş mühasib
Əmək haqqı (1000 AZN arası)
İDARƏÇİLİK VƏZİFƏLƏRİ:
∙ Həvalə edilmiş şöbənin idarəedilməsinin planlaşdırması; 
∙ Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi; 
∙ Həvalə edilmiş şöbənin nəzarət və müşahidə altında saxlanılması;
CARİ VƏZİFƏLƏR:
∙ Maliyyə  fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir; 
∙ Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir; 
∙ Mühasibat uçotunun aparılma qaydalarına riayət olunmasına nəzarətini həyata keçirir; 
∙ Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür; 
∙ Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir; 
∙ Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot-hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
Tələblər:
∙ İqtisadi təhsil (Maliyyə, Mühasibat Uçotu və oxşar fakultə); 
∙ MS Office-yüksək səviyyədə
∙ Mühasibat və maliyyə sahəsində ən az 5 il təcrübə; 
∙ Yuxarı maliyyə və nəzarət-təftiş orqanlarının mühasibat uçotunun təşkil edilməsi, hesabatların tərtibatı, sualları haqqında sərəncam, əmr, qərar, digər idarəedici, metodik və normativ materiallarını, həmçinin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini bilməli; 
∙ Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli; 
∙ Müəssisənin strukturunu, strategiyasını və inkişaf etmə perspektivlərini bilməli ; 
∙ Mühasibat uçotunun müəssisədə təşkili haqqında əsasnaməni, təlimatları və onun aparılma qaydalarını bilməli; 
∙ Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli; 
∙ Maliyyə hesablaşmalarının forma və qaydalarını bilməli; 
∙ Maliyyə fəliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını; 
∙ Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını; 
∙ Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını ; 
∙ Pul vəsaitlərin və əmtəə-material dəyərlilərin inventarizasiyanın keçirilmə qaydalarını; 
∙ Mühasibat balansı və hesabatlarının tərtib olunma qayda və müddətlərini bilməli; 
∙ Müasir hesablama texnikaların və onları mühasibatl uçotu işində istifadə etmə mümkünlüyünü; 
∙ 1C proqramini mukəmməl səviyyədə bilməli   ;
∙ Peşəkar bilik və bacarıq; 
∙ Analitik düşünmə qabiliyyəti; 
∙ Səmərəlilik və təşəbbüskarlık qabiliyyəti; 
∙ İşə yüklənmə qabiliyyəti; 
∙ Dəqiqlik və səliqəlik qabiliyyəti; 
∙ İşin yüksək tempi və həcminə tab gətirmək qabiliyyəti; 
∙ Birgə iş/ komandada işləmə qabiliyyəti; 
∙ Öz məqsədinə nail olma qabiliyyəti; 
∙ Planlaşdırma, koordinasiya qabiliyyəti; 
∙ Qətiyyətlilik qabiliyyəti; 
∙ Yeni ideyaları qəbul etmə qabiliyyəti; 
∙ Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu; 
∙ Azərbaycan Respublikasının Vergi Məcəlləsi; 
∙ Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 
∙ Yuxarı maliyyə və nəzarət təftiş orqanlarının mühasibat uçotunun təşkili və hesabatların tərtibatı haqqında sərəncam, əmr, qərar, metodik və normativ materiallarını bilməli; 
∙ AR Prezidentinin müvafiq Fərmanları və Nazirlər Kabinetinin qərarlarını bilməli;
İş barədə məlumat:
İş qrafiki: 08:00 - 17:00
5 günlük iş qrafiki
Əlaqə: [email protected]
Tel: (+994 55) 455 90 42
(+994 12) 425 16 07 /115