Ofis binasının elektrik montyoru

İşin təsviri

Ofis binasının elektrik montyoru

Maaş: 400 – 600 AZN

İşə götürən "Improtex Trucks and Buses" MMC

Şəhər  Bakı
Yaş 30-dan  -  55-dək
Təhsil Orta texniki
İş təcrübəsi 10 il

İş barədə məlumat:

 Çox da mürəkkəb olmayan qoşulma sxemli güc və işıqlandırıcı elektrik qurğularına xidmət.
 Elektrik stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi, transformatorların, elektrik açarlarının, ayırıcıların və onun birləşmələrinin təftişi ilə sadə işlərin yerinə yetirilməsi.
 Güc və işıqlandırıcı elektrik şəbəkələrində, həmçinin elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması.
 Gücü 100 kVt-a qədər olan elektrik mühərriklərinə, elektro-ölçü cihazlarına və elektrik sayğacına xidmət.
 Mürəkkəb işıqlandırıcı armaturun sazlanması və ona xidmət edilməsi, lüminissentli çıraqların qurulması.
 Iş qrafiki: I – V – 9:00-dan 18:00-a qədər, şənbə: 9:00-dan 16:00-a qədər

Namizədə olan tələblər:

 Elektro montyor kimi ən azından 10 il iş təcrübəsi;
 Orta texniki təhsil (elektro montyor üzrə)
 Punktuallıq və məsuliyyət

Xahiş edirik aşağıda göstərilən elektron ünvanlara öz CV-lərinizi göndərəsiniz.

E-mail: [email protected]