İnsan Resursları Departamentinə mütəxəssis
İşin təsviri:
Bütün işə qəbullar, işdən çıxmalar və vəzifə dəyişikliklərini Nazirliyin yaratdığı sistemə daxil edilməsi
İşə qəbul , işdən azad və vəzifə dəyişikliklərinin rəsmiləşdirilməsi
Şəxsi işlərin hazırlanması
Əmək kitabçalarının doldurulması (qəbul, dəyişiklik, xitam)
Davamiyyətin təqibi
İcbari və tibbi sığortaların təqibi
İllik məzuniyyət planın təsdiqlənməsi
Məzuniyyətlərin verilməsi
Aylıq HR hesabatın Və KPİ-ların hazırlanması (hazır forma)
Hesabat-Məşğulluq idarəsi: Vakant iş yerinə göndəriş- aylıq; Boş iş yerləri haqqında-ştat açıldıqda;işçilər haqqında (işə qəbul edilən və işdən çıxarılan, o cümlədən kvota üzrə- aylıq) -illik hesabatların verilməsi
Hesabat-Statistika idarəsi: işçilərin hərəkəti haqqında yarımillik və illik əsasda; iş yerlərinin və işçilərin orta illik siyahı illik əsasında hesabatların verilməsi
Vakansiyaların elan edilməsi
CV-lərə baxılması
Müsahibələrin təşkili
Saytın işə qəbul hissəsində vaxtaşırı dəyişikliklər
İş üçün edilən müraciətlərin qiymətləndirilməsi
İşə götürmə ilə bağlı seçmə və müsahibələrin təşkili
Namizədə tələblər:
Azərbaycan və Rus dillərində danışıq
Ali Təhsil (aidiyyatı ixtisas üzrə arzuolunandır)
İnsan Resurları Sahəsində azı 2 il təcrübəsi olan
Menecmentin əsaslarını bilməli
İnsan Resursları İdarəedilməsi və Formalaşması nəzəriyyəsini bilməli
Əmək Məcəlləsini mükəmməl bilməli
Birgə iş-komandada işləmə qabiliyyəti
Əlavə tələblər:
Cinsi: qadın
Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti;
Dəqiq, məsuliyyətli, müstəqil və qərəzsiz;
Stres altında işləməyi və stres vəziyyətlərində qərar qəbul etməyi bacaran;
Nizam-intizamlı;
Daim təşəbbüskar
Əmək haqq: 500
Yaş: 23-30
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "HR mütəxəssisi" qeyd etməklə və şəkil əlavə etməklə(əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.