Yükləyici (Rigger/Slinger/Banksman)

  • Azfen
  • Elanın qoyulma tarixi: 30.06.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Məlumat:
 
- İş yeri: Layihə çərçivəsində Dəniz və quru iş sahələri
- Layihə: “Mühəndislik və Tikinti İşlərinin İdarə Olunmasına 
- Yardım Xidmətləri” Layihəsi                 
- Müəssisə: “AZFEN” Birgə Müəssisəsi
- Son müraciət tarixi:   25 iyul 2015
- Vakansiya : Yükləyici (Rigger/Slinger/Banksman)

Tələblər:

- Orta ixtisas və ya ali təhsil;
- Bu sahədə ən azı 2-3 il iş təcrübəsi;
- Kollektivlə işləmək bacarığı və əmək intizamının yüksək olması;
- Diqqətli, çevik və məsuliyyətli olmaq;
- Müvafiq ixtisas üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcək.

Peşə öhdəlikləri:

1. Yükləmə-boşaltma əməliyyatlarını şirkətin müəyyən etdiyi və Azərbaycan Respublikasının təhlükəsizlik qaydalarına, prosedurlarına uyğun olaraq icra etmək;

2. Verilmiş istehsalat tapşırığı daxilində yükqaldırma avadanlıqları, ləvazimatları və ya yükqaldırma mexanizmlərinin köməyi ilə

o iş yerinə göndərilmiş yükləri boşaltmaq;
o müvafiq yerlərdə yerləşdirmək;
o yüklərin yerini dəyişmək;
o yükləri istehsalat bölmələrinə yükləyərək göndərmək;
o zəncirli talla peşəkar işləmək;
o montaj olunacaq konstruksiya və elementləri montaj yerinə çatdırmaq;
o montaj işləri zamanı yükqaldırma əməliyyatlarında iştirak etmək və s.

3. İş prosesində verilən tapşırığa əsasən yükqaldırma avadanlığını və ləvazimatını texniki şərtlərə əsasən düzgün seçmək, səmərəli və təhlükəsiz şəkildə istifadə etmək, o cümlədən

o Kranların yükqaldırma istiqamətini, yerini, yükqaldırma həcmini və siqnalları müəyyən etməyi və həmin qaydalardan düzgün istifadə etməyi bacarmaq;
o Naqilləri və kəndirləri, blokları, montaj sırğalarını, tirforları, zəncirli yükqaldırma bloklarını, bucurğadları və s. istifadə üçün müəyyən etmək və onlardan səmərəli və təhlükəsiz şəkildə istifadə etmək

4. İş prosesində yükləmə-boşaltma əməliyyatlarında qaldırılacaq mal-materialı texniki sənəd və uyğun tələblərə əsasən seçmək və montaj etmək.

5. Verilmiş istehsalat tapşırığı daxilində metal və boru konstruksiyaların qaldırılması və boşaldılması üsullarını bacarmaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Rigger/Slinger/Banksman” yazaraq 25 iyul 2015-ci il tarixinədək [email protected]   və [email protected]  ünvanlarına göndərilməsi xahiş olunur.