İKT infrastrukturunun nəzarətçisi

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun  nəzarətçisi vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
  
• İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil;
• Microsoft MCP/MCSE/MCSA/MCSD/Cisco CCNA və ya əlaqədar sahədə təlim sertifikatı/diplomları olan namizədlərə üstünlük veriləcək; 
• Kompüter və şəbəkələrə texniki dəstək və xidmət göstərilməsi və ya oxşar sahədə ən azı 2-3 illik iş təcrübəsi;

• Azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected] 

Maraqların ifadəsi üzrə bildiriş B.2/3.2-MX

Sənədlər 8 iyul 2015-cü il saat 18:00-dək qəbul edilir.