İKT sahəsində potensialın gücləndirilməsi və təkmilləşdirilməsi meneceri

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində potensialın gücləndirilməsi və təkmilləşdirilməsi meneceri vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil;
• Kompüterlərə texniki xidmətin göstərilməsi, bu və ya oxşar sahələr üzrə təlimlərin keçirilməsində ən azı 3 illik iş təcrübəsi;
• Layihələrin idarə olunması və onların əlaqələndirilməsi sahəsində ən azı 1 illik iş təcrübəsi;
• Microsoft MCP/MCSE/MCSD, layihələrin idarə olunması və ya əlaqədar sahədə təlim sertifikatı/diplomları olan namizədlərə üstünlük veriləcək;
• Azərbaycan və ingilis dillərinin mükəmməl bilikləri.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected] 

Maraqların ifadəsi üzrə bildiriş B.2/3.1-MX

Sənədlər 8 iyul 2015-cü il saat 18:00-dək qəbul edilir.