İKT sahəsində texniki dəstək mütəxəssisi

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində texniki dəstək mütəxəssisi vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİLİR 

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İnformasiya texnologiyaları, kompüter, riyaziyyat və ya əlaqədar sahədə ali təhsil:
• Kompüterlərə texniki xidmət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsi:
• Texniki problemlərin təhlili və həll olunması bacarıqları;

• Microsoft MCP/MCSE/MCSA və əlaqədar sahədə təlim sertifikatları/diplomları olan namizədlərə üstünlük veriləcək; 
• Azərbaycan dilini mükəmməl bilməli və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər:  [email protected] 

Maraqların ifadəsi üzrə bildiriş B.2/3.3-MX

Sənədlər 8 iyul 2015-cü il saat 18:00-dək qəbul edilir.