Merchandiser
Tələblər:
• 18-30 yaş aralığında xanımlar;
• Orta təhsilli olmalı;
• Merçendayzer kimi 1 il iş təcrübəsi olmalı;
• Yüksək ünsiyyət qurma bacarığı olmalı;
• Pozitiv və gülərüz olmalı;
• Müştəri və satış fokuslu olmalı;
• Rus və ingilis dili bilənlərə üstünlük verilir;
• Riyazi hesablama qabiliyyəti olanlara üstünlük verilir.
İş haqqında məlumat:
• Təyin edilmiş ticarət məntəqələrinə verilmiş plana əsasən getmək;
• Şirkətin məhsullarının ticarət məntəqələrində standartlara uyğun düzülüşünü təşkil etmək;
• Şirkətin məhsul və xidmətləri barədə müştərilərə məlumat vermək;
• Ticarət məntəqələrindəki məhsullarının qiymət etiketinin olmasına nəzarət etmək;
• Şirkətin yeni məhsulları üçün promo aksiyaların təşkilində iştirak etmək;
• Ticarət məntəqələrində şirkət avadanlıqlarının qurmaq;
• Malların istehsal tarixini və əmtəə görünüşünü yoxlamaq;
• Ticarət məntəqəsində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə bildirilmək;
• Gündəlik fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 10.07.2015 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Merchandiser” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.