«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
İŞ PROFİLİ
Daxili audit xidmətinin rəhbəri
Namizədə tələblər
• Yaş: 25-35
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali
• İş təcrübəsi: analoji sahədə,maliyyə və ya sığorta sektorunda iş təcrübəsi 3 il
• Dil bilikləri: Azərbaycan (əla), rus (əla)
• Kompüter bilikləri: MS Office
Texniki biliklər
• Daxili audit
• Risklərin idarəedilməsi
• İqtisadi qanunvericilik
• Saxtakarlığın idarəedilməsi
• Korporativ idarəetmə
Şəxsi keyfiyyətlər
• Araşdırma bacarıqları
• Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
• Təhlil etmə bacarığı
• Məsuliyyətli və dəqiq
• Qərar vermə qabiliyyəti
• Komandada işləmək bacarığı
• Mübahisələrin həll edilməsi
• Effektiv kommunikasiya
• Nəzarət
Əsas vəzifə öhdəlikləri
• Sığorta qrupunun audit strategiyasını və siyasətini müəyyən etmək
• Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək
• Daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək
• Sığorta qrupunun maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək
• Sığorta qrupunun maliyyə hesabatlarına, o cümlədən illik balansına baxmaq, müvafiq irad və tövsiyələrini hazırlamaq
• Sığorta qrupunun daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir.
• Audit planları əsasında audit proqramlarının tərtib edilməsi
• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq
• Şirkətin siyasətləri, prosedurların, standartların və digər normativ sənədlərini qiymətləndirmək
• Audit yoxlamaları nəticəsində şirkətin siyasətləri, prosedurların, standartların və digər normativ sənədlərinin tətbiq edilməsinə dair rəy bildirmək
• Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsi aparmaq və rəyi vermək
• Dövri daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəyləri hazırlamaq
• Sığorta qrupunun daxili nəzarət mühitinin inkişafına dair təklifləri irəli sürmək
• Şirkətin risk idarəedilməsinin inkişafına dair təklifləri irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək
• Daxili audit yoxlamaları zamanı saxtakarlığın risklərinin qiymətləndirilməsini aparmaq
• Sığorta qrupunun aylıq, rüblük və illik hesabatlarını yoxlamaq.
İş şərtləri
• Əmək müqaviləsi
• İş vaxtı 09:00 - 18:00
• İş günü – 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən xahiş olunur, öz CV formalarını [email protected] ünvanına göndərsinlər.
Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.