Qəbul üzrə referent (resepşn)
Tələblər:
∙ Ali təhsil
∙ Müştərilərlə iş təcrübəsi arzuolunandır
∙ Azərbaycan və rus dillərində sərbəst danışma
∙ İngilis dili arzuolunandır
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ Gülərüz
∙ Operativ
∙ Ünsiyyət bacarığı
∙ Xoş xarici görünüş
Vəzifə öhdəlikləri:
Filialların sifarişlərini qəbul etmək və vaxtında yönləndirmək
Daxil olan zənglərə peşəkar qaydada cavab vermək və onları düzgün istiqamətdə yönəltmək
Banka gələn qonaqları nəzakətlə qarşılamaq və düzgün istiqamətləndirmək
İsmarıcları qəbul etmək, onları yazılı surətdə dərhal daxili elektron poçt vasitəsi ilə ünvanına göndərmək
Poçt xidmətləri vasitəsi ilə məktubları göndərmək
Filiala faksla daxil olan sənədləri çeşidləmək və ünvanlanan şəxsə çatdırmaq
Çıxan və daxil olan poçtu qəbul etmək, qeyd aparmaq və çeşidləmək.
İş şəraiti:
İş yeri - AGBank-ın Baş ofisi
Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Mehriban kollektiv və karyera inkişafı imkanları
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketinizi) qeyd olunmuş mail ünvanına [email protected] (Zaur İzmaylov) göndərin.
Mövzuda – Qəbul üzrə referent (resepşn) qeyd etməyiniz xahış olunur