Mağaza üzrə Menecer

İşin təsviri

Şirkət haqqında məlumat:

Novco Group of Company” şirkəti Azərbaycanın brend bazarında liderlik edən  şirkətidir. Biz Bakı sakinlərinə dünya şöhrətli brendləri :
UNITED COLORS OF BENETTON, UNITED COLORS OF BENETTON 012, SISLEY, TOMMY HILFIGER, NIKE, ADIDAS, ACCESSORISE, BEBE, COAST, LIU JO, NINE WEST, PABLOSKY, MONNALISA, və s. brendləri  təqdim edirik.

Vəzifə: Mağaza üzrə Menecer

Əsas vəzifə və funksiyaları:

1. Mağazanın bütün heyyətinə rəhbərlik edir;
2.Əməkdaşlar tərəfindən əmək və icra intizamına riayət etmələrinə nəzarət edir, müvafiq fəaliyyət sahələrinin idarə olunmasını onlara həvalə edir;
3.İşçilər arasında onların vəzifə cavabdehliklərinə uyğun iş bölgüsü aparır və növbə cədvəli əsasında işə çıxmalarını təmin edir.
4.Əməyin mühafizəsinin norma və qaydalarının mövcüd vəziyyətini təhlil edir müəyyən edilmiş pozuntuların aradan qaldırılması  üzrə aidiyyəti struktur bölmələrə və  rəhbərliyə təkliflər verir;
5.Mağazada səliqə- səhmanı qoruyub saxlanması üçün tədbirlər görür;
6.Mağazaya daxil olan malların müvafiq qaydada sistemə mədaxil edilməsi rəf və dolabçalarda, asılqanlarda asılmasını, anbarda  yığılmasını təmin edir;
7.Mağazadan malların oğurlanmasının, itirilməsi və ya zədələnməsinin  qarşısını alır, bununl bağlı təkliflər verir;
8.Marketinq departamentinin, merçendayzerlərin, brend menecerlərin tövsiyyələrinə əməl edilməsini təmin edir;
9.Problemli müştərilər, müştəri şikayətləri ilə şəxsən maraqlanmalı və zərurət üzrə Baş ofisə istiqamətləndirməlidir;
10.Mağazanın fəaliyyəti haqda hesabatlar təqdim edir;

İş rejimi:  növbəli (8 saatlıq).

İş şəraiti və əmək haqqı:

1. Hər mağaza üçün nəzərdə tutulan maaş sistemi və bonus sistemi.
2. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət.
3. Ödənişli təlimlər( ölkə daxili və ölkə xarici)
4. Mybrands mağazlarında endirimli alış- veriş etmək üçün endirim kartı.

Kandidat üçün tələb olunanlar:

• Brend mağazalarda ən azı 2-5 il iş təcrübəsi;
• 25-40 yaş arası;
• 1 C proqramı;
• Liderlik qabiliyyəti;
• Kompyuter bilikləri(  microsoft office – sərbəst.);
• Ali təhsil (arzu  olunandır);
• Rus, azərbayacan –sərbəst, ingilis dili- orta;
• Yüksək məsuliyyət hissi;
• Yüksək prezentasiya və inandırmaq qabiliyyəti;
• Ünsiyyətcil və kreativ yanaşma qabiliyyəti;
• Səlis və düzgün nitq qabiliyyəti;
• Xoş görünüşlü.

Maraqlananlardan xahiş olunur [email protected]  electron ünvanına öz CV lərinizi  göndərsinlər. Göndərilən CV lər mütləq şəkillə olmalıdır. Mövzu adı “Mağaza meneceri “  olmalıdır.

Deadline-01 iyun 2015 il.

İşəgötürənin reytinqi