Fumiqasiya Mütəxəssisi

  • Dreamland Baku
  • Elanın qoyulma tarixi: 05.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

XƏYAL ADASI  (DREAMLAND) - Azərbaycanın lider sərmayəçisi  “Azersun Holding” tərəfindən inşa edilən daşınmaz əmlak layihəsi.  Layihə çərçivəsində Beynəlxalq  Qolf  Meydançası və  Qolf Akademiyası,  Yaşayış massivləri,  Alış Veriş Mərkəzləri, Beynəlxalq Məktəb (“SABIS®SUN” İnternational School), və s. inşa olunmaqdadır. 

XƏYAL ADASI  “FUMİQASİYA MÜTƏXƏSSİSİ”  vakansiyası  üzrə  aşağıdakı  xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:    
 
Əsas tələblər:

- Kənd təsərrüfatı, Biologiya və ya Zoologiya sahəsində ali təhsil;
- Həşaratlar (tarakan, qarışqa, çəyirtkə və s.), gəmiricilər (siçan, siçovul), uçan həşaratlar (arı, milçək, ağcaqanad), məhsulların içərisində  görülə biləcək həşaratlar və digər canlılarla (ilan, əqrəb, quş, it, pişik və s.) mübarizə sahəsində təcrübə;
- Müəssisənin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi;
- Həşaratlarla və gəmiricilərlə mübarizə mövzusunda beynəlxalq standartları, risk analizlərini yaxşı səviyyədə bilməli; 
- 25-45 yaş aralığında olmalı;          
- B kateqoriyalı sürücülük vəsiqəsi;  
 
İş haqqında məlumat:
 
- Həşaratlarla mübarizə işinin təşkili və idarə edilməsi;
- Daxili və ümumi təyinatlı dərmanlama işlərinin həyata keçirilməsi,
- Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunmasına cavabdehdir;
- Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi;
- Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi.

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə  “FUMİQASİYA  MÜTƏXƏSSİSİ”  yazaraq [email protected]   ünvanına göndərmələri xahiş olunur. 

Dreamland Baku tərəfindən digər vakansiyalar