Tender - Qadın İştirakçılığı Proqramı (QİP)

İşin təsviri

Qadın İştirakçılığı Proqramı (QİP)

Qadın İştirakçılığı Proqramının (QİP) məqsədi Azərbaycan cəmiyyətində qadınların ictimai-iqtisadi statusunun yaxşılaşdırılmasıdır. Bu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən 2 illik proqramdır və Qlobal Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi üzrə Liderlik və Tərəfdaşlıq qrantı çərçivəsində həyata keçirilir. Bu layihə çərçivəsində aparılacaq fəaliyyətlər BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Konvensiyasına (CEDAW) dair Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi ilə sıx bağlıdır.

QİP, əməkdaşlıq etdiyi dövlət qurumlarının gənc işçilərinin bacarıqlarının gücləndirilməsi komponenti çərçivəsində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional mərkəzlərinin işçilərinə ailə psixoloqları üçün təlimlərin keçirilməsi nəzərdə tutur.

Bu təlimlərin keçirilməsi ilə bağlı QİP potensial mütəxəssislər üçün açıq tender elan edir.

Mütəxəssislər üçün tələblər:

• QİP ilə məsləhətləşmə çərçivəsində təlimin metodologiyası və modulunu hazırlamaq;
• Təlim iştirakçılarının bilik və bacarıqlarını qiymətləndirmək;
• Təlimin qiymətləndirilməsini və hesabatını hazırlamaq.

Xidməti göstərmək üçün ərizələrin təqdim olunması:

QİP fərdi qaydada mütəxəssislərdən və ya bu sahədə ixtisaslaşmış təşkilatlar ərizələr qəbul edir:
Təlimin keçirilməsinə dair ətraflı təsvir;
Təlimi aparacaq mütəxəssislərin təcrübəsi, CVləri və keçirdikləri təlimlər barədə məlumat;
Təlimin keçirilməsi üçün gözlədikləri qonorarın məbləği.

Ərizələr elektron versiyada bu ünvana göndərilə bilər: [email protected]  
 
Ərizələrin təqdim edilməsi üçün son tarix 01 may 2015-ci il, saat 17:00