Kredit Mütəxəssisləri

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 27.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Mol Bulak Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, kiçik və eyni zamanda uğurlu mikromaliyyə institutu olmuş “İnvest Kredit BOKT” MMC-nin varisidir. Şirkət ilkin olaraq, 2005-ci ildə qeyri-kommersiya İcma İnkişaf Mərkəzi qeyri-hökumət təşkilatı tərəfindən kənd təsərrüfatı sahəsində kiçik sahibkarlığın maliyyələşdirilməsi məqsədi ilə yaradılmışdır.

2008-ci ildə İnvest Kredit Bank Olmayan Kredit Təşkilatı MMC kimi yenidən qeydiyyata alınan Şirkət Qafqazda və Azərbaycan Respublikası əraizisində yaşayan beynəlxalq qaçqınlara xidmət göstərən və ölkədə səhmlər birjasına öz istiqrazları ilə  daxil olan ilk şirkət olmuşdur. 2011-ci ilin sonunda İnvest Kredit hazırki sahibkar və təcrübəli mikromaliyyə investoru olan Gascoyne Investment Limited tərəfindən alınmışdır. Bundan sonra Şirkət beynəlxalq Mol Bulak mikromaliyyə şəbəkəsinə qoşulmuş və yeni loqo ilə birlikdə yenidən brendləşdirilmişdir.

Mol Bulak Şəbəkəsi Qırğızıstan və keçmiş Sovet ölkələrindən olan təcrübəli mikromaliyyə mütəxəssisləri tərəfindən yaradılmışdır. Mol Bulak Qırğızıstanın uğuru Şirkətin Qırğızıstan sərhədlərindən kənara genişlənməsi ilə nəticələnmişdir. Hazırda Mol Bulak Şəbəkəsi Qırğızıstan və Azərbaycan daxil olmaqla, bir çox keçmiş Sovet ölkələrində fəaliyyət göstərir. Mol Bulak Azərbaycan hazırda 30-a ayxın filialı ilə Respublika ərazisində fəaliyyət göstərir.

Mol Bulak Bank Olmayan Kredit Təşkilatı təcrübəli kredit mütəxəssislərinin aşağıda göstərilən dərəcələr üzrə yığımını açıq elan edir:

1. 1 ilə qədər iş stajı olanlar üçün – “Kredit mütəxəssisi”
2. 1 idən 2 ilədək iş stajı olanlar üçün – “Aparıcı kredit mütəxəssisi”
3. 2 ildən artıq iş stajı olanlar üçün – “Baş kredit mütəxəssisi”

Vakansiyalar aktiv olan filiallar:

1.    Nəsimi (Bakı)
2.    Sumqayıt
3.    Quba
4.    Xaçmaz
5.    Xudat
6.    Göyçay
7.    İsmayıllı
8.    Qəbələ
9.    Zaqatala
10.  Qax
11.  Balakən
12.  Ağstafa
13.  Qazax
14.  Tovuz
15.  Mingəçevir
16.  Bərdə
17.  Tərtər
18.  Ağdaş
19.  Lənkəran
20.  Masallı
21.  Astara
22.  Cəlilabad
23.  Göytəpə
24.  Biləsuvar

Namizədlərə olan tələblər:

1. Yuxarıda göstərilən vəzifələrə uyğun olaraq iş stajı
2. Yaşadığı regionunun inzibati ərazisini yaxşı tanımalı
3. Yüksək məntiq və maliyyə/kredit təhlili üzrə biliklər
4. Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olmalı
5. Yaxşı ünsiyyət bacarığına malik olmalı

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.

CV-lər müvafiq filiallara yaxınlaşaraq doldurulmalı və ya [email protected] ünvanına müraciət edilən vəzifə və filial göstərilməklə  göndərilməlidir. (məsələn: Göyçay filialının baş kredit mütəxəssisi)

Əlavə suallar üçün 012 488 05 10 nömrəsinə zəng edərək məlumat ala bilərsiniz. Şirkət haqqında daha ətraflı məlumatı www.molbulak.az ünvanından ala bilərsiniz.