Vəzifənin adı: Marketinq mütəxəssisi
Şirkət haqqında:
Woodpecker Mebel Şirkəti hər cür ev mebeli, o cümlədən yataq, qonaq və mətbəx dəstlərinin istehsalçısıdır. İstehsal sahələri Cəlilabadda, inzibati ofisləri Bakı və Cəlilabadda yerləşən Woodpecker öz məhsullarının satışını Azərbaycanın hər yerində həyata keçirir. Gənc və sürətlə böyüyən şirkət onunla işləməkdə maraqlı olan yaradıcı, intizamlı və çalışqan namizədlər axtarır.
*İş yeri Bakı şəhərindədir!
Vəzifə öhdəlikləri:
- Marketinq materialları hazırlamaq, sifariş etmək və yaymağa kömək etmək.
- Şirkətin internetdəki iştirakını müntəzəm şəkildə yeniləmək və idarə etmək.
- İctimaiyyətlə əlaqələr üzrə fəaliyyətlə məşğul olmaq və idarə etmək.
- Şirkətin korporativ sosial məsuliyyət təşəbbüslərini idarə etmək.
- Marketinq araşdırma materiallarını toplamaq, sənədləşdirmək və təhlil etmək.
- Rəhbərliyə təqdim etmək üçün marketinq məruzələri və təqdimatları hazırlamaq.
Namizədə aid tələblər:
- Bakalavr dərəcəsi. Biznes/marketinq təhsili olanlara üstünlük verilir.
- Ana dili Azərbaycan dili. İngilis dili bilən namizədlərə üstünlük verilir.
- Azərbaycan dilində yaradıcı və düzgün yazmaq bacarığı.
- Böyük insan qrupları qarşısında inamla və sərbəst danışmaq bacarığı.
- Microsoft Office proqramlarından istifadə etmək bacarığı.
- Vebsayt/sosial media üzrə idarəetmə təcrübəsinə üstünlük verilir. :
Maraqlanan namizədlər öz CV (təcrümeyi-hal) lərini 30 aprel 2015-ci il tarixədək [email protected] elektron ünvana təqdim edə bilər.