Mühasib

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 08.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


MÜHASİB

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir.

“Azərsun Holding” MMC sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.

Azərsun Holdinq  “Mühasib” vəzifəsi ilə bağlı vakansiyanı açıq elan edir.  

İş haqqında məlumat:

•      Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
•      Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
•      Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət  
edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması
•      Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi;
•      İş yeri Azersun Holdinqdə, mərkəzdədir. (Həftənin I-V günləri, saat 09.00-18.00)

Əsas tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasib olaraq minimum 3 il iş təcrübəsi olan peşəkar axtarılır;
• Vergi məcəlləsini bilməli;
• İngiliscə və Rusca bilməsi arzu olunandır.
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C 8.2,  MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
• Yaş həddi - 23-35 yaş arası

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini tarixinədək [email protected] elektron ünvanına göndərə bilər vəya www.azersunhr.com portalında qeydiyyatdan keçərək 22.04.2015 tarixinədək müraciət edə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Mühasib”) qeyd olunmalıdır.

İşəgötürənin reytinqi