Xilasedici /Lifeguard

İşin təsviri

Vəzifə: Xilasedici

Əsas funksiyalar: 

• Hovuz ərazisinə girənləri qarşılamaq, salamlamaq, tanımaq

• Rezidentlərin Jumeirah yaşayış standartlarına və qaydalarına uyğun  istirahətini təmin   etmək
• Hovuzun  10/20 hovuza nəzarət qaydasını  yerinə yetirmək, hovuz və ətrafında baş verən hadisələrə təcili tibbi yardım və CRP ilə kömək etmək
• Gündəlik olaraq ilk təcili yardım qutusunu və oksigen generator sistemini və fövqəladə hallar üçün olan ləvazimatları yoxlamaq
• Gündəlik təmizlik siyahısına əsaslanaraq hovuzun təmizliyini qorumaq
• Ehtiyac olduqda Hovuz istifadəçilərini dəsmal, şezlonq və s. lazım olan ləvazimatla təmin etmək
• İtən əşyalarla bağlı prosedurlardan xəbərdar olmalı
• İş başında standarta uyğun olaraq uniforma və ad nişanı geyinmək
• Həftəlik iş cədvəldə qeyd olunduğu üzrə iş günləri və istirahət günlərinə uyğunlaşmaq biznesin çox olduğu vaxtlarda qeyd olunan iş cədvəlinin dəyişilməsini nəzərə almaq
• Jumeirah davranış qaydalarına sadiq qalmaq
• Biznes və Etik qaydalara riayət etmək
• İctimai yer siyasəti  və  öz vəzifə borcunu yerinə yetirmə qaydalarına fikir vermək
• Jumeirah görünüş standartlarına riayət etmək
• Jumeirah telefon standartlarına riayət etmək
• Dünya ticarət mərkəzinin yaşayış yerlərinin yanğın və təhlükəsizlik tənzimlənmələri   və prosedurlarından xəbərdar olmaq və  xilasetmə və evakuasiya prosedurlarını və toplanma yerini bilmək

Tələb olunan keyfiyyətlər 

• Uzaq məsafəyə üzmək bacarığı-vacibdir
• Fiziki və saglamlıq  cəhətdən uyğun olmaq
• Ilk yardım  göstərə bilmək
• Sağlamlıq və Təhlükəsizlik qaydalarını bilmək

Təcrübə

• 1 il eyni vəzifədə iş təcrübəsi

Bacarıqlar 

• Ünsiyyət qura bilmək
• Qonaqlara hörmətlə və nəzakətlə yanaşmaq
• İngilis və Rus dillərini bilmək -arzuolunandır

Müraciət etmək istəyən şəxslər CV formalarını qeyd olunmuş e-mail adresinə göndərə bilərlər [email protected] 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində yazmağınız xahiş olunur.Əks halda müraciətiniz qəbul olunmayacaq