Kredit meneceri/Biznes - Bakı/ Şimal və ya Cənub regionları

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 28.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kredit meneceri/Biznes - Bakı/ Şimal və ya Cənub regionları

Əsas vəzifələr :

•  Filialın kredit portfelinin keyfiyyətinin təhlili.
•  Filialın maliyyə analizinin aparılması.  
•  Kredit mütəxəssislərinin tərəfindən  aparılan biznes təhlillərinin yoxlanılması.
•  Kredit portfelinin idarə olunması və nəzarət.
•  Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması.
•  Müştərilərin ödəniş qabiliyyətinin təhlili.
•  Borc ödənişlərinin vaxtında icrasına nəzarət .
•  Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin  təşkili və  nəzarət.
•  Problemli kreditlərlə işin təşkili və koordinasiyası.
• Filialın xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması və müştərilərin cəlb olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin  verilməsi.

Əsas tələblər:

• İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali ixtisas təhsili;
• Maliyyə-kredit sahəsində an azı 2 (iki) il iş təcrübəsi;
• İdarəetmə təcrübəsi;
• Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq;
• Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq;   
• İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq;
• Azərbaycan dilini sərbəst ünsiyyət qurma bacarığı.(Rus dili bilikləri arzuolunandır)
• Ünsiyyət qurma, liderlik, inandırma bacarıqları
• Kredit portfelinin idarə edilməsinə dair hesabatların tərtib edilməsi, və təhlil nəticələrinı uyğun  operativ və düzgün qərar vermə bacarığı;
• Microsoft Office proqramlarında işləmə bacarığı

İş  şərtləri :

•     İş təcrübəsinə uyğun yüksək əmək haqqı
•     Fərdi və cəmi  kredit portfelinə görə bonus sistemi
•     Təlim və inkişaf imkanları

Müraciət üçün, mövzu yerində vakansiyanın adını mütləq qeyd etməklə, CV-lərinizi [email protected]  e-mail ünvanına göndərməniz  və ya http://www.rabitabank.com/  saytında elektron CV formasını doldurmanız  xahiş olunur.

İşəgötürənin reytinqi